Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avropa Parlamentində Azərbaycanla dostluq qrupu yenidən formalaşdırılıb
Avropa Parlamentində Azərbaycanla dostluq qrupu yenidən formalaşdırılıb |
Notis Marios: “Məqsədimiz Azərbaycanla əlaqələrin möhkəmlənməsinə yardımçı olmaq və Azərbaycanın Avropa institutlarına inteqrasiyasını sürətləndirməkdir”
Oktyabrın 21-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində Brüsseldə fəaliyyət göstərən Azərbaycan Kommunikasiya Ofisinin təşkilatçılığı ilə Azərbaycanla yeni dostluq qrupunun təsis iclası keçirilib. APA-nın Avropa müxbirinin məlumatına görə, daha sonra Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü münasibətilə qrup üzvləri və digər qonaqlar üçün ziyafət verilib. Avropa Parlamentinə keçirilmiş son seçkilərdən sonra dostluq qrupuna əvvəlki üzvlərlə yanaşı, yeni seçilmiş bəzi parlamentarlar da cəlb olunub. Təsis yığıncağında Rumıniya, Belçika, Polşa, Sloveniya, Xorvatiya, Yunanıstan, Almaniya və Bolqarıstandan olan deputatlar, eləcə də AP-də Avropa Mühafizəkar və İslahatçılar fraksiyasının vitse-prezidenti Notis Marios, “Avronest”in vitse-prezidenti Riçard Çarnetski kimi nüfuzlu şəxslər – ümumilikdə 30 nəfərədək parlament üzvü iştirak edib. Tədbirdə Azərbaycanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinin rəhbəri, Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı səfir Fuad İsgəndərov da iştirak edib. Yunanıstanlı Notis Marios yeni qrupun rəhbəri seçilib. N. Marios APA-ya açıqlamasında Azərbaycanla yeni dostluq qrupunun yaradılmasından məmnun olduğunu bildirib: “Bizim üçün bu yeni dostluq qrupunu yaratmaq olduqca xoşdur. Azərbaycan çox gözəl və inkişaf edən ölkədir. Bu gün AP-nin 8 fərqli ölkəsindən olan üzləri mənim çağırışımla bu qrupa toplandılar. Bir çox başqa deputatlar da mənimlə əlaqə saxlayaraq qrupumuza qoşulmaq arzusunda olduqlarını deyiblər. Bizim qrupumuzun məqsədi gələcəkdə AP - Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olmaq, Azərbaycanın Avropa institutlarına inteqrasiyasını sürətləndirmək və eyni zamanda, Azərbaycanın özünü Avropaya daha yaxşı tanıtmaqdır. Biz inanırıq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox əhəmiyyətli rol oynayır. Eyni zamanda, biz burada təmsil olunan ölkələrin təmsilçiləri olaraq, ölkələrimizin, xalqlarımızın Azərbaycan dövləti və xalqı ilə münasibətlərinin daha da yaxşılaşdırılması və inkişaf etdirilməsini istəyirik”. Tədbirdə qrupun yeni üzvləri təqdim olunub, onlar da öz növbələrində çıxış edərək Azərbaycana maraq göstərdiklərini, ölkəni, onun xalqını, mədəniyyətini daha yaxından tanımaq istədiklərini bildiriblər. Geri dön |