Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDB Antiterror Mərkəzinin rəhbəri: Suriyada beynəlxalq terror təşkilatlarının tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > MDB Antiterror Mərkəzinin rəhbəri: Suriyada beynəlxalq terror təşkilatlarının tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür

MDB Antiterror Mərkəzinin rəhbəri: Suriyada beynəlxalq terror təşkilatlarının tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür


"Hazırda Suriyada beynəlxalq terror təşkilatlarının tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB ölkələri Antiterror Mərkəzinin sədri, general-polkovnik Andrey Novikov deyib.

Onun sözlərinə görə, bu gün Suriyada bir çox dövlətlərin vətəndaşları döyüşür: "Biz onları beynəlxalq terrorçu qruplar adlandırırıq. MDB ölkələrinin vətəndaşları da Suriyadakı münaqişədə müzdlu döyüşçülər kimi iştirak edirlər. Orta Asiya ölkələrindən və Rusiyadan Suriyaya döyüşmək üçün gedənlərin sayı artmaqdadır. Bizdə olan məlumatlara görə, Suriyada bu gün beynəlxalq terrorçu təşkilatların tərkibində MDB ölkələrinin 1500-dən çox vətəndaşı döyüşür. Biz MDB ölkələrindən olan vətəndaşların dini təhsil almaq adı ilə öz ölkələrini tərk etdiklərini müşahidə edirik. MDB dövlətləri üçün qaynar nöqtələrdə döyüş təcrübəsi qazanmış gənclərin geri qayıtması, onların konstitusiya təməllərinə qarşı pozuculuq fəaliyyəti ciddi problemdir".

Antiterror Mərkəzinin rəhbəri bildirib ki, MDB ölkələri bu təhlükəyə qarşı mühüm tədbirlər görür: "Suriya, Əfqanıstan, Pakistan və digər "qaynar nöqtələr"də terrorçu qrupların tərkibində döyüşən vətəndaşlar siyahıya alınır. Onlar barəsində cinayət məcəllələrinin müvafiq maddələrinə əsasən təhqiqat aparılır".

Andrey Novikovun sözlərinə görə, artıq Antiterror Mərkəzinin xüsusi məlumat bankında müxtəlif informasiya toplanır. Burada ölkə xaricində terrorçu qrupların tərkibində vuruşan şəxslərə dair gizli məlumatlar da yer alır.

Beynəlxalq ictimaiyyətin muzdluların terrorçu fəaliyyətinə qarşı mübarizəsini yüksək qiymətləndirən A. Novikov bildirib ki, aparılan mübarizədə prioritet istiqamət dövlətlərin hüquqi-normativ bazasının yenilənməsi və onların həyatın reallıqlarına uyğunlaşdırılmasıdır: "Beynəlxalq hüquq normalarının muzdlu döyüşçülərlə bağlı mühüm hissəsi köhnəlib və beynəlxalq terrorçu qrupların fəaliyyətlərini özündə əks etdirmir. Bu gün dövlətlər muzdla döyüşlərdə iştiraka görə cinayət məsuliyyəti problemini milli qanunvericilik çərçivəsində həll edirlər. MDB ölkələrindən Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin qanunverici orqanları bu yolla gedirlər. Bu sahədə beynəlxalq hüquqi standartların yenilənməsi tələb olunur".

Geri dön