Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali Məhkəmənin sədri: 12 il ərzində Avropa Məhkəməsinin Azərbaycan üzrə baxdığı işlərdən cəmi 85-də pozuntu müəyyən edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Hüquq > Ali Məhkəmənin sədri: 12 il ərzində Avropa Məhkəməsinin Azərbaycan üzrə baxdığı işlərdən cəmi 85-də pozuntu müəyyən edilib

Ali Məhkəmənin sədri: 12 il ərzində Avropa Məhkəməsinin Azərbaycan üzrə baxdığı işlərdən cəmi 85-də pozuntu müəyyən edilib


Ramiz Rzayev pozuntuların ən çox hansı hallar üzrə olduğunu açıqlayıb

“Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, 2002-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan ünvanlanan işlərə baxır. 2002-ci ildən 2014-cü ilin oktyabr ayının əvvəlinə qədər Azərbaycan üzrə baxılan işlərdən cəmi 85-də İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının pozulması müəyyən edilib”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev söyləyib.

R. Rzayevin sözlərinə görə, elə ölkələr var ki, 1 il ərzində 200, 300 işdən söhbət gedir.

Ali Məhkəmənin sədri bildirib ki, 12 il ərzində 85 iş üzrə Konvensiyanın pozulması faktı yüksək rəqəm deyil: “Azərbaycan bu iş üzərində çalışır, seminarlar keçirilir. Eyni zamanda pozuntu hallarına yol verilən işləri təhlil edirik. Ən çox pozuntu Konvensiyanın 6-cı maddəsinin - ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Məhkəmə sonuncu instansiya olduğu üçün bütün icra qurumlarının yol verdiyi halların qarşısını gərək məhkəmə alsın. Nəticədə nöqsanı məhkəmə qərarında tuturlar. İkinci pozuntu Konvensiyanın Əlavə Protokolunun birinci maddəsi - mülkiyyət hüququ ilə bağlıdır. Əsasən pozuntu bu iki halla bağlıdır”.

Geri dön