Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan İranla sərhəddə dəmiryol körpüsünün inşasını öz üzərinə götürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycan İranla sərhəddə dəmiryol körpüsünün inşasını öz üzərinə götürüb

Azərbaycan İranla sərhəddə dəmiryol körpüsünün inşasını öz üzərinə götürüb


Azərbaycan, İran və Rusiya dəmiryol idarələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun tikintisinin tezləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryol İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi deyib.

M.Purseyid Ağayi dəmiryolun İranda Qəzvindən Rəştə qədər olan hissəsinin tikintisinin 2015-ci ilədək başa çatacağını bildirib: “Qəzvin-Rəşt dəmiryolunun tikintisində dəmiryol örtüyünün hazırlanması işləri başa çatıb. Dəmiryolun bəzi hissələrində relslər artıq quraşdırılıb və yolun qalan hissələrində də tezliklə rels quraşdırılacaq”.

İran rəsmisi qeyd edib ki, üçtərəfli görüşdə İran və Rusiyanın Rəşt-Astara (İran) dəmiryolunun tikintisini birgə həyata keçirmələri barədə razılıq əldə olunub: “Tikinti işləri Rusiya tərəfinin maliyyə vəsaiti ilə İran və Rusiya arasında əldə olunmuş razılıqlar əsasında həyata keçiriləcək”.

Nazir müavini Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün Azərbaycan tərəfinin maliyyə vəsaiti ilə tikiləcəyini deyib: “Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün inşası, eləcə də Azərbaycan daxilində 8 kilometrlik dəmiryol xəttinin çəkilməsini Azərbaycan həyata keçirəcək və maliyyələşdirəcək”.
M.Purseyid Ağayi bildirib ki, Azərbaycan tərəfi artıq dəmiryol körpüsü və 8 kilometrlik dəmiryol xəttinin çəkilməsi üçün maliyyə ayrılması və tikintini həyata keçirməsi ilə bağlı razılığını bildirib.

O, Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün inşasına cari ilin sonunadək (İranda il martın 21-də başlayır) başlanılacağını deyib.

Geri dön