Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Yeni qanun nəyi qanunlaşdırıb?
Yeni qanun nəyi qanunlaşdırıb? |
Oktyabrın 20-də dövlət başçısı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna edilən dəyişikliklərin tətbiqi barədə fərman imzalayıb.
İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına bildirib ki, bu dəyişiklik bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərracdan kənar alınması il bağlıdır: “2007-ci ildəki dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar hərrac və müsabiqə vasitəsilə alına bilər. Yalnız bələdiyyə ərazisində daimi yaşayan, eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar üçün istisna var idi. Belə ki, həmin vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün birbaşa torpaq ala bilirdi. Dövlət başçısının oktyabrın 20-də təsdiqlədiyi dəyişiklik istisnaların sayını artırdı. Bundan sonra dövlət də bələdiyyə torpağını birbaşa satın ala və ya icarəyə götürə biləcək. Burda əsas kimi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi göstərilib. Çox güman, söhbət TANAP layihəsi çərçivəsində qaz xətlərinin keçdiyi bələdiyyə ərazilərinin dövlət tərəfindən satın alınmasından və ya icarəyə götürülməsindən gedir. Əgər satın alınmış və ya icarə götürülmüş torpağın müqabilində dövlət bələdiyyəyə ədalətli kompensasiya təklif edəcəksə, bu dəyişikliyi müsbət qiymətləndirmək olar. Çünki bu halda torpağa görə ödəniləcək vəsait bələdiyyənin maliyyə imkanının artmasına gətirib çıxaracaq. Yox, ödənilən vəsait özəl mülkiyyətdən fərqli olacaqsa, onda bu, bir mülkiyyətin digər mülkiyyət üzərində üstünlüyünə gətirəcək ki, bu da konstitusiyaya ziddir”. Geri dön |