Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstedadlı jurnalist-tədqiqatçı Qbil Zimistanoğlu: “Aşıq Alı”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İstedadlı jurnalist-tədqiqatçı Qbil Zimistanoğlu: “Aşıq Alı”

İstedadlı jurnalist-tədqiqatçı Qbil Zimistanoğlu: “Aşıq Alı”


Qabil Zimistanoğlunun tərtib etdiyi “Aşıq Alı” kitabı 2013-cü il “OL”MMC nəşriyyatı tərəfindən nəşr edilmişdir. Şair-yazıçı, əməkdar jurnalist Eldar İsmayıl kitaba yazdığı ön sözdə Aşıq Alı yaradıcılığına aid nəşr olunmuş kitablardan fərqli olaraq bu yeni nəşdə nəzərdən qaçan bəzi şeirlərin də olduğunu qeyd edir, eyni zamanda nəzəri təhlil verir. Kitabda yazılan dastanların Göyçə şivəsi ilə xalq dilindən təqdim olunması da oxunuşda marağı artırır və şirinlik yaradır. Eldar müəllimin ön sözun axırında yazdığı bir abzasla kitabın mahiyyəti ilə daha aydın tanış oluruq və həmin yazını verməklə fikirimi tamamlayıram.
“Qabil Zimistanoğlunun tərtib etdiyi “Aşıq Alı” kitabı özündən əvvəlki nəşrlərdən mükəmməlliyinə görə fərqlənir. Qabil bu kitaba bir sıra yeni əldə edilən və heç yerdə çap olunmayan şeirlər də əlavə etmişdir. Ümumiyyətlə, bu kitab türk dünyası aşıq məktəbinin ən qüdrətli nümayəndələrindən biri olan, dərin biliyi, geniş dünyagörüşü, yüksək sənətkarlıq mədəniyyəti ilə ad-san qazanan Aşıq Alının irsini özündə əks etdirən ən mükəmməl bir nəşr nümünəsidir.
Hörmətli qələm dostum Qabil Zimistanoğlunun Aşıq Alı irsinin toplanıb nəşr edilməsində əməyini yüksək dəyərləndirərək gələcəkdə bu müqəddəs işi davam etdirməsini arzulayıram. Bu yolda ona uğurlar diləyirəm...”


Hazırladı: Niftalı Göyçəli

Geri dön