Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada keçirilən parlament seçkilərində Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ukraynada keçirilən parlament seçkilərində Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər

Ukraynada keçirilən parlament seçkilərində Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər


Oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrinə əsasən avrointeqrasiyaya tərəfdar olan Qərbyönlü və millətçi siyasi qüvvələr böyük üstünlüklə qalib gəliblər.

Ukrayna Mərkəzi Seçki Komissiyası səsvermədə seçicilərin 52,42%-nin iştirak etdiyini açıqlayıb. MSK oktyabrın 27-də səhər saatlarına qədər proporsional sistem üzrə bülletenlərin 25,71%-ni hesablayıb. İlkin nəticələrə əsasən 6 siyasi partiya və blok 5 faizlik minimum baryeri aşaraq parlamentdə təmsil olunmaq hüququ qazanıb:

Xalq Cəbhəsi – 21,67%, Petro Poroşenkonun bloku – 21,63%, “Özünəyardım” Birliyi – 9,62%, “Müxalifətçi blok” – 9,57%, Radikal Partiyası – 7,62%, “Batkivşina” – 5,87%.

Qeyd edək ki, Xalq Cəbhəsinə hazırkı baş nazir Arseni Yatsenyuk və Ali Radanın indiki sədri Aleksandr Turçinov rəhbərlik edir. Prezident Poroşenkonun blokuna onun “Solidarnost” Partiyası ilə bərabər Kiyev meri Vitali Kliçkonun “UDAR” Partiyası da daxildir. Seçkilərdə sürprizə imza atan “Özünəyardım” Birliyinə isə Lvov şəhər meri Andrey Sadoviy liderlik edir. Bu blokun namizədlər siyahısında “Donbass” batalyonunun məşhur komandiri Semyon Semyonçenko 2-ci sıradadır. “Müxalifətçi blok” əsasən Regionlar Partiyasının tanınmış nümayəndələrindən ibarətdir. Bu blok yeni parlamentdə Rusiyaya yaxın yeganə siyasi qüvvə olacaq. Radikal Partiyası Ukrayna millətçisi Oleq Lyaşkonun şəxsi nüfuzu əsasında qurulmuş siyasi partiyadır. “Batkivşina” Partiyasına isə sabiq baş nazir Yuliya Timoşenko rəhbərlik edir. Bu partiya seçkidən əvvəl parçalanıb və onun bir çox nüfuzlu nümayəndəsi Xalq Cəbhəsinə keçib.

Rusiyanın ilhaq etdiyi Krımda, eləcə də Donetsk vilayətinin 9 və Luqansk vilayətinin 6 seçki dairəsində səsvermə keçirilməyib.

Geri dön