Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bu stansiyalar istifadəyə veriləcək
Bu stansiyalar istifadəyə veriləcək |
"Bakı Metropoliteni”nin sədri stansiyalarla bağlı son işlərdən danışıb
Azərbaycan "Uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya və 84,3 km metro xətlərinin inşası nəzərdə tutulub". ANS PRESS-in məlumatına görə, bunu "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov YAP-ın veb saytına müsahibəsində deyib. O bildirib ki, Konseptual Inkişaf sxeminə görə mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xəttlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılıb. Sədrin sözlərinə görə, bununla bağlı konkret işə başlanılıb: "Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir.Belə ki,”Xətai” –“H. Aslanov-2” sahəsinin layihələndirmə,”H.Aslanov -2” və “H.Aslanov-2 - Y-18 “ stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir. Hal-hazırda “Beynəlxalq Avtovağzal terminalı”ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18,1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, “Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyalarının tikintisi başa çatıb. Avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir. Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur". Zaur Hüseynov bildirib ki, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir, B-4 stansiyasında tikinti işlərinə artıq başlanıb: "Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir. Konseptual İnkişaf sxeminə görə Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan,11 stansiyadan və 16,3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub". Sədr həmçinin qeyd edib ki, hal-hazırda “Elmlər Akademiyası” stansiyasının II cıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur. Geri dön |