Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Amanbəylinin ailəsində ağır itgi - millət daha bir MİLLƏT ANASI itirdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, Bildiriş > Əlirza Amanbəylinin ailəsində ağır itgi - millət daha bir MİLLƏT ANASI itirdi

Əlirza Amanbəylinin ailəsində ağır itgi - millət daha bir MİLLƏT ANASI itirdi


Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəylinin anası Fatimə xanım bu gün - 31 oktyabr 2014-cü il tarixdə, səhər saatlarında Təbrizdə dünyasını dəyişib. İranın molla rejiminin sərt faşist şərtləri altında bütün övladlarını milli ruhda, vətənpərvər, millət və Vətən fədaisi kimi tərbiyyə edib, böyüdən Fatimə Ana yaxından uzaqdan tanıdığı bütün vətənpərvər Azərbaycan ovladlarına analıq edən bir varlıq idi. Elə buna görədir ki, Güney Azərbaycanda bir çox fədakar analar kimi onu da MİLLƏT ANASI adlanandırırlar. Fatimə Ananın övladları bütün həyatlarını Azərbaycanın azadlığına həsr etməklərini ailədə aldıqları tərbiyyə və öyüd-nəsihətlə bağlayıblar. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fədailərindən olan, Birinci Qarabağ müharibəsinə Güneydən dəstəyin təşkilatçılarından olmuş, daha sonra isə həmin müharibənin iştirakçısı olmuş, İranın molla rejimi tərəfindən həps, təqib və təziqlərə məruz qaldığı üçün Azərbaycan Respublikasında milli fəaliyyətinə davam etməyə məcbur olmuş və eyni zamanda milli və vətənpərvər mahnıların bəsdəkarı və ifaçısı kimi məşhur olan Əlirza Amanbəyli malik olduğu bu milli ruhu ona anasının verdiyini deyib həmişə.
Bəli, bu gün heç kimə sirr deyil ki, bu qədər təziqlər altında Azərbaycan dilinin yaşamasını bu toplum Analara borcludur.
Güney Azərbaycandan gələn bu ağır xəbər bütün Bütöv Azərbaycan sevdalılarını kədərləndirdi.
1983-cü ildə Güney Azərbaycan Qurtuluş təşkilatının mərkəzi komitəsinin üzvü,1990-ci il 20 Yanvar hadisələrindən sonra Bakıda rus və erməni işğalçılarına qarşı Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas təşkilatının üzvü, 1992-ci ildə Quzey Azərbaycanda Xalq Cəbhəsinin (AXC) Güney Azərbaycan üzrə koordinatoru, 1997-ci ildə mərhum Əbülfəz Elçibəyin rəhbərliyilə qurulan Bütöv Azərbaycan Birliyi (BAB) rəyasət heyətinin üzvü, 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərkatının mərkəzi komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuş, hazırda MDHP Güney Azərbaycan Departamentinin sədri olan Əlirza Amanbəyliyə ailəsinə üz vermiş bu itgidən dolayı üzvü olduğu Milli Dirçəliş Hərəkatı Partiyası adından partiya sədri, millət vəkili Fərəc Quliyev dərin hüzünlə başsağlığı verir və bütün partiyadaşlarının bu xəbərdən çox sarsıldıqlarını bildirir.
ALLAH RƏHMƏT ELƏSİN!
YERİ BEHİŞT, MƏKANI CƏNNƏT OLSUN!

Geri dön