Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Hökumət idarəçilərin əməkhaqqını artırır
Hökumət idarəçilərin əməkhaqqını artırır |
Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələrinə start verilib. İqtisadçı ekspert Rövşən Ağayev büdcənin xərclər hissəsindən bəzi məqamları “Media forum” saytına şərh edib: “Büdcədə idarəetmə aparatının saxlanmasına 2015-ci ildə 552.4 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2014-cü ildəkindən 26.7 milyon manat çoxdur.
Gələn il aparat xərclərinin 99.2 milyon manatı Nazirlər Kabinetinə, 73.1 milyon manatı Prezident Administrasiyasına, 23.4 milyon manatı Milli Məclisə ayrılıb. 2014-cü illə müqayisədə Nazirlər Kabinetinin xərcləri 23.5, Prezident Administrasiyasının saxlanması xərcləri 9.2, parlamentin xərcləri 4.3 milyon manat artacaq. Bu üç ali hakimiyyət orqanının saxlanmasına ümumilikdə 2015-ci ildə 195.7 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü ildən 37 milyon manat (23.3 faiz) çoxdur. Dövlət aparatının saxlanması ilə bağlı xərclərin 356.7 milyon manatı digər mərkəzi və yerli icra strukturlarının, rayon (şəhər) icra hakimiyyətlərinin saxlanmasına sərf olunacaq. Xərcləri analiz edərkən ortaya çıxan ən maraqlı fakt budur ki, hökumət gələn il idarəçilərin əməkhaqqı xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Əməkhaqqının kəskin artımı xərclərin strukturunda dəyişiklik hesabına ola bilər. 2014-cü ildə qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanması yardımçı bölməsindən digər xərclər adı ilə 174.4 milyon manat ayrılması nəzərdə tutulurdu. 2015-ci ildə həmin xərclərin 121 milyon manat azaldılması nəzərdə tutulur. Əvəzində əmək ödənişi xərclərinin 84.4 milyon manat (37.3 faiz) artırılaraq 310.3 milyon manata çatdırılması nəzərdə tutulur. Ali hakimiyyət orqanları içərisində əmək ödənişi xərclərinin ən yüksək artımı Nazirlər Kabinetində olacaq. Kabinetin məvacib xərcləri gələn il 22.3 milyon manat (38 faiz) artımla 81.1 milyon manata çatacaq”. Geri dön |