Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pensiyanın baza hissəsi ləğv edilir, minimum pensiya tətbiq olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Pensiyanın baza hissəsi ləğv edilir, minimum pensiya tətbiq olunur

Pensiyanın baza hissəsi ləğv edilir, minimum pensiya tətbiq olunur


Əmək pensiyasının baza hissəsi ləğv edilir.Bu, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konspesiyası”nda nəzərdə tutulub.

Noyabrın 4-də təsdiqlənən konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsi əvəzinə minimum pensiya məbləği tətbiq ediləcək. Pensiya vətəndaşların fərdi hesab məlumatları əsasında təyin olunacaq.

Vətəndaşa hesablanan pensiya minimum pensiyadan aşağı olsa, işçinin stajı nəzərə alınacaq və məbləğ minimum həddə çatdırılacaq.

Vətəndaşın pensiyası minimum məbləğdən artıq olduqda isə stajla bağlı heç bir tələb qoyulmayacaq.

Konsepsiyada bildirilir ki, minimum pensiya məbləğinin artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri ilə birlikdə indeksləşdirmə qaydasında aparılacaq: “Yeni sistemin tətbiq edilməsi işçilərin şərti yığım sistemlərində uçota alınmış vəsaitin artırılmasına şərait yaradacaq, işləyənlərin fərdi hesablarında nəzərə alınan vəsait isə ödənilən sığorta haqqının yarısını deyil, tam məbləğdə nəzərə alınmasını təmin edəcək”.

Konsepsiyaya əsasən, əmək pensiyasının baza hissəsinin minimum pensiya məbləği ilə əvəz edilməsi 2014-2015-ci illərdə baş verəcək.

KONSEPSİYA

Geri dön