Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Avtobuslarda gediş haqqı kartla ödəniləcək
Avtobuslarda gediş haqqı kartla ödəniləcək |
Gələn ilin aprelin sonunadək Bakı şəhərində hərəkət edən marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunacaq.
Nəticədə, may ayında Azərbaycan paytaxtında keçiriləcək «Eurovizion-2012» beynəlxalq mahnı müsabiqəsinədək avtobuslarda gediş haqqının yalnız kartla ödənilməsi sistemi qurulacaq. Bu barədə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib. Onun sözlərinə görə, kart sisteminə keçid həm sərnişinlər, həm də nəqliyyatçılar üçün böyük rahatlıq yaradacaq: «Bunun nəticəsində gediş haqqının sürücülər tərəfindən günün müxtəlif vaxtında və ya havadan asılı olaraq özbaşına artırılmasına imkan verməyəcək, sürücülərlə sərnişinlər arasında pulun qalığının qaytarılması problemi yaşanmayacaq». S.Məmmədovun sözlərinə görə, avtobuslarda gediş haqqını metro kartları vasitəsilə də ödəmək mümkün olacaq. Qeyd edək ki, bir qədər əvvəl metronun ödəniş sistemində edilən dəyişikliyə görə, kartlarda gedişlərin sayı əvəzinə yalnız pulun məbləği göstərilməyə başlanıb. Bu dəyişiklik də metro kartlarının unversallaşdırılması istiqamətində atılan ilk addımdır. Avtobuslarda gediş haqlarının istifadəsini asanlaşdırmaq üçün Bakı şəhərində qurulan Nəqliyyatın İntellektual İdarəetmə Sistemi çərçivəsində də müəyyən elementlər nəzərdə tutulub. Belə ki, kartlardakı vəsait qalığını avtobus dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə də öyrənmək mümkün olacaq. Bunun üçün kartı monitorun bunun üçün nəzərdə tutulan hissəsinə yaxınlaşdırmaq kifayət edəcək. Kart sisteminə keçidlə əlaqədar paytaxtın müxtəlif ərazilərində kartların avtomatik satışı üçün xüsusi qurğular quraşdırılacaq. Bu qurğularda kart almaq və ona lazımi məbləği yükləmək mümkün olacaq. Belə qurğular çoxsaylı ərazilərdə quraşdırılacaq ki, əhali bu kartları tapmağa çətinlik çəkməsin. Bundan başqa, Bakıya xaricdən və ya ölkənin regionlarından bir neçə günlüyə gələnlər də belə kartlardan istifadə etməli olacaq. Belə şəxslərin kart almalarını asanlaşdırmaq üçün aeroport, avtovağzal, dəmiryol vağzalı və s. yerlərdə də kartların satışı qurğuları quraşdırılacaq. S.Məmmədovun sözlərinə görə, kartlardan hətta bir günlüyə də istifadə etmək mümkün olacaq. İstənilən şəxs kartı istifadə etdikdən sonra onu həmin qurğular vasitəsilə qaytara və ona yüklədiyi məbləği geri ala bilər. Bu məqsədlə qurğular pulu qəbul etməklə yanaşı, kartı qəbul etmək və pulu geri qaytarmaq funksiyasına da malik olacaq. Bir neçə ildən sonra isə avtobuslarda gediş haqqını mobil telefonlar vasitəsilə ödəmək mümkün olacaq. Geri dön |