Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, DAVAMın yazıları > Vəli SƏMƏDLİ: - PAYIZDA USTADLAR KÖÇ EDİB GEDİR
Vəli SƏMƏDLİ: - PAYIZDA USTADLAR KÖÇ EDİB GEDİR |
Payızdı, saralıb-solan təbiət öz görkəmi ilə adamı xəfif-xəfif nisgillərə qərq edir. Yazar ustadların bir durna qatarı kimi vaxtsız-vedesiz, qəfil dünyadan köç etmələri adamı göyüm-göyüm göynədir. İnana bilmezdim ki, amansız ölüm ustad yazar Səttar Zərdabini bu tələskənliklə aramızdan apardı. «Azərbaycan» nəşriyyatının 2-ci mərtəbəsindəki otağını həmişə gedəndə birinci döyərəm, sonra içəri keçib, çəkdiyi siqaretlərin dumanlığında onunla hal-əhval tutar və oturub olub-keçənlərdən, indiki durumdan müdrikçəsinə şirin-şirin söhbətlər edərdi. Yenə yolum «Azərbaycan» nəşriyyatına düşmüşdü. Həmişə gedəndə birinci onunla görüşürdüm, sonra öz işimin dalınca gedirdim. Bu dəfə otağının qapısını nə qədər döydümsə ondan səs-soraq gəlmədi. Sən demə, Səttar Zərdabi heç kimə, heç nə bir kəlmə də demədən, səssiz-səmirsiz bu dünyadan öz əzizlərinin ruhu uyuyan dünyaya köç edib gedib. Yaman kövrəldim ölümün bu vaxtsız gəlişinə. Onun arzuları çox idi, əlində yarımçıq qalmış yazıları, kitabları var idi. Amansız ölüm bu vaxtsız-vədəsiz gəlişi ilə onun bütün işlərini yarımçıq qoydu. Dünyanın, ölümün bu soyuq üzünə baxdıqca ulu Şəhriyarın misraları kövrek sətirlərə həmdəm oldu:
Səni fərzanələr atdı Qapıb divanələr tutdu. Satan satdı, alan aldı Yalan dünya, yalanə dünya Doğru da ulu Şəhriyar demişkən, yalan dünya imiş, bütün ümidlərimizı qıran dünya imiş. Çünki, çox əziyyətlər çəkmişdin, çox əzablar dadmışdın. Son zamanlar müdrik-müdrik kəlamlar yazmağa başlamışdın. Müdrik nəsihətlər verirdin bizə yol göstərirdin, demə fələk sənə yol göstərəcəkmiş ustad!.. Doğulduğun Zərdab torpağını müqəddəs bir yer bilirdin. Sözünün əvvəli də, axırı da ulu Zərdab idi. Orada ayaq izlərin, al izlərin qaldı. Bağın-bağatın qaldı. Allahqulubağı kəndi sənin ruhunu qarşıladı «dağlar kişnəyə-kişnəyə qaldı» - qara torpaq ana kimi səni öz layla dediyi qoynuna aldı. Uyu, uyu müqəddəs torpaqlarda ustad. Dünyada hər şey qara ana torpaqdan gəlir, sonda ana torpağa qayıdır. Ana təbiətin bütün rəngləri qədim Zardab topağından gəlir bu ulu torpaq sənin kimi ustad bir yazar yetirmişdi. Payızdı, ustadlar köç edib gedir. Üzü başqa bir dünyaya, özəl bir aləmsə, harda ruhları rahat olacaqsa, ora onları müqəddəslər kimi qabul edəcək və bu qara torpağa ulu məzarları yaxınlarının, dostlarının əzizlərinin ziyarətgahına çevriləcək... Vəli SƏMƏDLİ Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |