Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon, 18 qeyri-islam təmayüllü dini icmaya isə 400 min manat ayrılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon, 18 qeyri-islam təmayüllü dini icmaya isə 400 min manat ayrılıb

Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon, 18 qeyri-islam təmayüllü dini icmaya isə 400 min manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib.

APA-nın məlumatına görə, qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-islam təmayüllü icmaların hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb.

Artıq ayrılmış vəsaitlərin müvafiq qurumlara köçürülməsi işi yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 400 min manat bu qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb:

Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası;
Bakı şəhəri Dağ Yəhudiləri dini icması;
Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması;
Avropa Yəhudilərinin Bakı dini icması;
Azərbaycan Yəhudiləri dini icması;
“Sumqayıt Yəhudiləri”dini icması;
Gürcü Yəhudilərinin Bakı dini icması;
“Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”;
Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması;
Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icması;
Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması;
Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması;
Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması;
Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması;
Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması;
“Yeni Həyat” Xristian İncil dini icması;
Xilaskar Yevangelik Lüteranların Bakı dini icması;
Bakı Krişna Şüuru dini icması.

Geri dön