Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Radaya seçkilərdə səslərin 100 faizinin hesablanmasından sonra "Xalq cəbhəsi" qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Radaya seçkilərdə səslərin 100 faizinin hesablanmasından sonra "Xalq cəbhəsi" qalib gəlib

Radaya seçkilərdə səslərin 100 faizinin hesablanmasından sonra "Xalq cəbhəsi" qalib gəlib


Ukraynanın Ali Radasına partiya siyahıları üzrə protokolların 100% -nin hesablanmasından sonra baş nazir Arseniy Yatsenyukun "Xalq cəbhəsi" 22,14% toplayaraq seçkilərdə qalib gəlib. "Pyotr Poroşenkonun bloku" 21,81% səs toplayıb. Ukrayna MSK bu barədə məlumat verir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Radaya daha dörd partiya keçib. Lvov meri Andrey Sadovoyun "Özünə yardım" partiyası 10,97% səs toplayıb, "Müxalifət bloku"na daxil olan Regionlar partiyasının bir çox keçmiş üzvləri - 9,43%, "Oleq Lyaşkonun Radikal partiyası" səslərin 7,44% -ni toplayıb, sabiq baş nazir Yuliya Timoşenkonun "Batkivşina"sı isə- 5,68% səstoplayıb.

Digər partiyalar beş faizlik baryeri aşa bilməyiblər.

Geri dön