Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəhim Cavadbəyli: Güneyli mühacirlərə yardım Azərbaycan hökümətinin beynəlxalq və milli öhdəliyidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Müsahibə > Rəhim Cavadbəyli: Güneyli mühacirlərə yardım Azərbaycan hökümətinin beynəlxalq və milli öhdəliyidir

Rəhim Cavadbəyli: Güneyli mühacirlərə yardım Azərbaycan hökümətinin beynəlxalq və milli öhdəliyidir


Amerikanın Səsinə müsahibə verən güneyli fəal Rəhim Cavadbəyli Azərbaycan Respublikası-İran münasibətlərində yeni durum və son vaxtlarda iki ölkə arasında media sahəsində münasibətlərin genişlənməsinin səbəbləri və həmçinin ehtimalı nəticələrini müzakirə edib.

Rəhim Cavadbəyli: Güneyli mühacirlərə yardım Azərbaycan hökümətinin beynəlxalq və milli öhdəliyidir


Rəhim Cavadbəyli İran-Azərbaycan münasibətlərində irəliləyişin sadəcə mətbuat sahəsinə məhdud olmayacağına inanır. Onun fikrincə, İran İslam Respublikası umumiyyətlə qafqazlardakı qonşuları ilə əlaqələrini yaxşılaşdırmağı hədəfləyir.

İraq və Suriyada baş verən olaylara işarə edən Cavadbəylinin dediklərinə görə, hazırda İran hakimiyyəti, eləcə də Rusiyanın prioriteti müttəfiqləri olan İraq və Suriya hökümətlərinə dəstək verərək onları hakimiyyətdə saxlamaqdır. Buna görə də, İranın Azərbaycan Respublikası ilə problemlərini həll etməyə ehtiyacı vardır.

Azərbaycan höküməti bizimlə səmimi olsaydı, bizi dəstəkləsəydi, biz Azərbaycanı tərk etmək məcburiyyətində olmazdıq. Bu hökümət Azərbaycan dövlətini təmsil edirsə bu dövlətə layiq davranmalı, öz milli öhdəliklərini yerinə gətirməlidir.

Keçən həftələrdə İran və Azərbaycan arasında teleradio sahəsində əməkdaşlıqların artırılması istiqamətində sənədlər imzalanıb. Həmçinin İran İslam Respublikası Azərbaycan üçün 24 saatlıq bir telekanalı fəaliyyətə başladacağını bildirib.

Azərbaycan mətbuatı 24 saatlıq telekanalın İran Azərbaycanı üçün proqram yayacağına dair xəbər yayıb. Rəhim Cavadbəyli də telekanalın siyasətlərini həmin istiqamətdə təhlil edir.

Onun sözlərinə görə, “Güney Azərbaycanda yaşayan türk fəallar, yazarlar və sənətçilər yeni telekanal məsələsini diqqətə alıb və ondan güneyin mənafeyi yönündə yararlanmağı düşünməlidirlər.”

Ancaq, İranın Səhər telekanalının veb səhifəsində yayılan məlumata görə, “İran İslam Respublikası Televiziya və Radio Təşkilatının sədri mövcud ehtiyaca cavab olaraq Beynəlxalq Səhər Telekanalının Azəri və Kürdi televiziyalarının proqram yayımının tezliklə 24 saat olacağını bildirib.”

Güneyli fəal müsahibədə Səhər televiziyasının hazırkı yayımları ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşır. O, bu televizyanın Azərbaycan Respublikası və güneyli fəallara qarşı qərəzli və mənfi təbliğat yaymaqda olduğunu vurğulayıb.

Cavadbəylinin dəyərləndirdiyi digər məsələ isə Azərbaycan Respublikasında üzləşdikləri problemlər üzündən bu ölkəni tərk edib və Türkiyə kimi ölkələrə mühacirət edən güneyli fəalların mövzusu olub.

“BMT-yə müraciət edən güneyli mühacirlər bir çox problemlə üzləşirlər... Bəzilərinin əlində hər hansı bir iqamət sənədi mövcud deyil. Mən özüm bu çətinliklər üzündən Azərbaycanı qaçaq yollardan tərk etmək zorunda qalanlardanam,” deyə hazırda Türkiyədə mühacirətdə yaşayan güneyli söyləyir.

Onun dediklərinə görə, “Azərbaycan hakimiyyəti güneyli qaçqınlarla bağlı nə beynəlxalq öhdəliklərini yerinə gətirir nə də milli vəzifəsini.”

“Azərbaycan höküməti bizimlə səmimi olsaydı, bizi dəstəkləsəydi, biz Azərbaycanı tərk etmək məcburiyyətində olmazdıq. Bu hökümət Azərbaycan dövlətini təmsil edirsə bu dövlətə layiq davranmalı, öz milli öhdəliklərini yerinə gətirməlidir,” deyə o əlavə edir.

Geri dön