Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran 2 min kilometr uzaqdakı hədəfi vuran raketlər istehsal edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hərb > İran 2 min kilometr uzaqdakı hədəfi vuran raketlər istehsal edib

İran 2 min kilometr uzaqdakı hədəfi vuran raketlər istehsal edib


İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə noyabrın 10-da jurnalistlərə qurumun silah-sursat istehsalı fəaliyyətindən və Suriyadakı rolundan danışıb.

Əmirəli Hacızadə deyib ki, “Sepah” bir neçə funksiyanı yerinə yetirməyə qadir olan raketlər istehsal edib: “Bu raketlər 2 min kilometr məsafədəki hədəfi vurmağa qadirdir. Raketlər həmçinin İsraili hədəfə almaq gücünə malikdir. Hərbi hissələrimiz həmin raketlərlə təchiz edilib”.

Əmirəli Hacızadə İranın Suriyada raket istehsal edən zavodlarına toxunub: “Suriyada raket istehsal edən zavodları biz yaratmışıq. Bu ölkənin raket istehsalı sənayesi əslində İrandan köçürülüb”.

Geri dön