Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: Bütün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Fərəc Quliyev > Fərəc Quliyev: Bütün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir AÇIQLAMA

Fərəc Quliyev: Bütün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir AÇIQLAMA


“Hesab edirəm ki, Dağlıq Qarabağ müharibəsinin birinci hissəsi başa çatıb, amma müharibə hələ bitməyib. O da Ermənistana Rusiyanın açıq dəstəyi sayəsində ərazilərimizin işğalı ilə nəticələnib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev Dağlıq Qarabağ ərazisində işğalçı Ermənistanın separatçı rejimlə hərbi təlimlər keçirməsini erməni mətbuatının müharibəyə hazırlıq kimi qiymətləndirməsi iddialarını şərh edərkən deyib.

Millət vəkili dünyaya məlum olan bir sıra faktları yenidən xatırladıb: "Bütün dünyaya məlumdur ki, Xocalı Soyqırımında 366-cı alay birbaşa iştirak edib. Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistan və Rusiya əməkdaşlıq edir. Bu da onu göstərir ki, Ermənistan Rusiyanın təsiri altında siyasət yürüdür. Azərbaycan bir neçə dəfə torpaqlarını hərbi yolla azad etməsi haqqında fikirlər ortaya qoyanda Rusiyadan olan məmurlar əgər müharibə olsa, Ermənistan tərəfini dəstəkləyəcəklərini bildiriblər. Ermənistan elə bir qolaltı dövlətdir ki, hətta onların müstəqillik günündə keçirilən paradda belə rus ordusu, rus bayrağı ilə meydandan keçirdilər. Bu gün Ermənistan tərəfi ilə qondarma rejimin birgə hərbi təlimlər keçirməsində məqsəd görüntü xatirinədir. Guya göstərirlər ki, müharibə aktiv fazaya keçsə, onların hazırlıqları yüksək səviyyədədir. Amma Ermənistanın Müdafiə Nazirliyi etiraf etdi ki, Azərbaycanın silahlı qüvvələri kifayət qədər modern silahlanmış və döyüşə hazır vəziyyətdədir. Ona görə də status kvonu qoruyub saxlamaqla danışıqlar prosesini ləngitməyə çalışırlar”.

Fərəc Quliyev Ermənistan tərəfinin sülh istəmədiyini vurğulayıb: “Onlar sülh istəmirlər, çünki bunun onların xeyrinə nəticələnməyəcəyini yaxşı bilirlər. Bütün dünya ictimaiyyəti Azərbaycanın haqlı olduğunu bilir. Azərbaycan tərəfinin mövqeyi, iradəsi ortadır. Bu məsələ yalnız ölkəmizin suverenliyi, ərazi bütövlüyü çərçivəsində sona çata bilər. Ermənilər birmənalı şəkildə Azərbaycan torpaqlarını azad etməlidirlər. Bu baxımdan da onların keçirmək istədikləri və yaxud da keçirdikləri hərbi təlimlər daha çox qorxudan irəli gələn, daxili auditoriyalarını və ictimai rəyi aldatmaqdan başqa bir şey deyil”.

İntizarə Məmmədova

Geri dön