Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Rəsmi Bakı sərt Bəyanat verdi
Rəsmi Bakı sərt Bəyanat verdi |
Azərbaycan işğal olunmuş əraziləri üzərində uçuşlara qadağa qoyduğunu bir daha bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında belə deyilir: “Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada beynəlxalq mülki aviasiya (həvanəvərdi, havacılıq) təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb”. XİN dünən Ermənistan Hava Qüvvələrinə məxsus helikopterin vurulması məsələsini şərh edərkən bildirib. Bəyanatında qeyd olunub ki, Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır: “Bu ilin 27 oktyabr (october) tarixində Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib. 12 noyabr (november) tarixində son üç gün ərzində müşahidə edilən provokativ (təhrikamiz) döyüş uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını (məntəqəsini) tərk etməyə məcbur olub. XİN-in bəyanatında daha sonra qeyd olunub ki, Paris görüşünün nəticəsi olaraq, “Böyük Sülh Sazişi”nin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun (vəziyyət) saxlanması məqsədi daşıyır: “Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Münaqişənin sülh yolu ilə həlli və regionda (məntəqə) sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”. Geri dön |