Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Silahlı Qüvvələrimizdə rütbələr
Silahlı Qüvvələrimizdə rütbələr |
Azərbaycanın Silahlı Qüvvələrində hansı hərbi rütbələr var və onların verilmə mexanizmi necədir? “Media forum” saytı bildirir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi Hərbi rütbələr Əsgərlər və matroslar Ümumqoşun Hərbi Dəniz Çavuşlar Əsgər (kursant) Baş əsgər Matros (kursant) Baş matros Gizirlər və miçmanlar Kiçik çavuş Çavuş Baş çavuş Kiçik çavuş Çavuş Baş çavuş Zabitlər: Kiçik zabitlər Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman Baş zabitlər Kiçik leytenant Leytenant Baş leytenant Kapitan Kiçik leytenant Leytenant Baş leytenant Kapitan-leytenant Ali zabitlər Mayor Polkovnik-leytenant Polkovnik 3-cü dərəcəli kapitan 2-ci dərəcəli kapitan 1-ci dərəcəli kapitan General-mayor General-leytenant General-polkovnik Ordu generalı Kontr-admiral Vitse-admiral Admiral Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq “tibb xidməti” və “ədliyyə” sözləri əlavə edilir. Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olma müddəti aşağıdakı kimi müəyyən edilir: Hərbi rütbələrin adları Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün Digər hərbi qulluqçular üçün Kiçik çavuş 6 ay 6 ay Çavuş 6 ay 6 ay Kiçik gizir (kiçik miçman) 2 il 2 il Gizir (miçman) 3 il 5 il Kiçik leytenant 1 il 1 il Leytenant 2 il 3 il Baş leytenant, kapitan (kapitan-leytenant) 3 il 4 il Mayor (3-cü dərəcəli kapitan) 4 il 5 il Polkovnik-leytenant (2-ci dərəcəli kapitan) 5 il 6 il Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə, onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Zabitlərə həvəsləndirmə qaydasında polkovnik (1-ci dərəcəli kapitan) hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər. Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər. Hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Geri dön |