Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Royal Bankın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Royal Bankın vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “RoyalBank” ASC-nin 5 saylı filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə noyabrın 21-nə təyin edilib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, istintaq zamanı “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramovun öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirməsinə, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa, filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 100 ABŞ dolları kredit rəsmiləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə, filialın xəzinədarı Rövşən Qasımov adına kredit rəsmiləşdirilmiş Bakı şəhər sakininin iştirakı olmadan kredit məbləğini kredit mütəxəssisi Arif Hacıqurbanova verməsinə şübhələr üçün əsaslar olduğundan, Natiq Bayramova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanova 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımova 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilib. Geri dön |