Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan bazarlarını geni dəyişdirilmiş məhsullar bürüyüb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Azərbaycan bazarlarını geni dəyişdirilmiş məhsullar bürüyüb”

“Azərbaycan bazarlarını geni dəyişdirilmiş məhsullar bürüyüb”


Azərbaycanda yerli bitki sortlarını qorumaq məqsədilə Genbank yaradılıb

“Ölkəyə GMO mənşəli məhsulların gətirilməsinə qadağa qoyulsa da, hər addımbaşı belə məhsullara rast gəlmək olar”

“Bir neçə ildən sonra yerli bitki sörtlarına - yerli qarpız, yemiş, pomidora, soğana ola bilsin ki, rast gəlinməsin. Çünki geni dəyişdirilmiş məhsullar bütün bazarı bürüyüb. Amma bunlar nə törədəcək, insanların başına nə bəlalar gətirəcək, bunu heç kim bilmir”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib.

O qeyd edib ki, ölkədə Genetik Modifikasiya Olunmuş (GMO) məhsullarla bağlı bəzi qanunvericilik aktları olsa da, bunlar kifayət etmir: “Azərbaycanda “Geni dəyişdirlmiş məhsullarla bağlı” ayrıca qanuna ehtiyac var. Lakin hələlik belə bir qanun yoxdur. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Toxumçuluq haqqında” qanunlarda geni dəyişdirilmiş məhsulların gətirilməsinə qadağa qoyulub. Amma buna baxmayaraq hər addımbaşı belə məhsullara rast gəlinir, iş adamları gətirirlər, yayırlar. Ölkədə “Genetik ehtiyatların mühafizəsi və mədəni bitkilərdən səmərəli istifadə haqqında” qanun da qəbul olunub. Qanunun 21-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasında geni dəyişdirilmiş materialların gətirilməsi, sınağı, dövlət reyestrinə daxil edilməsi qadağandır. Geni dəyişdirilmiş məhsullar ölkəyə daxil olanda sonradan yerli bitki genlərini sıradan çıxarır. Ona görə də mütləq bunlar araşdırılmalı, məhsulda hansı genin dəyişdiyi, ona bitki və ya heyvan geninin vurulduğu araşdırılmalıdır”.

Z. Əkbərov deyib ki, Azərbaycana daha çox GMO mənşəli qarğıdalı, soya, günəbaxan, bostan bitkiləri və meyvələr gətirilir: “Bunu deputatlar da, hökumət üzvləri də, nazirlər də bilir, bazardan alıb da yeyirlər, amma qadağa işini təşkil etməyi heç kim istəmir”. Z. Əkbərovun sözlərinə görə, yerli bitki sortlarını qorumaq məqsədi ilə institutda Genbank yaradılıb: “Genbankda 10 minə qədər bitki haqqında məlumat var, onun 5 minini toxum şəklində saxlayırıq. Qalanları çoxillik bitkilərdir, kolleksiya şəklində, çöldə, tarlada saxlanılır. Gələcəkdə GMO məhsulları aşkarlamaq üçün avadanlıqlar almaq fikrimiz var. Yaxın zamanlarda bununla bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcək”.

Geri dön