Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Vəhabilərin gizli məkanı (VİDEO)
Vəhabilərin gizli məkanı (VİDEO) |
Zöhrab Şıxəliyevin həbs edilməsinin təfərrüatları məlum olub
ANS TV-nin məlumatına görə, Coratdakı tikililərdən ilk baxışda bir o qədərdə fərqlənməyən bu evdə olanları eşidən hər kəs indi təccüblə baş verənləri izləyir. Yaşayış evi Sumqayıtda radikal dini təriqətin lideri kimi tanınan Zöhrab Şıxəliyevə məxsusdur. Bu şəxs ötən gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Məlum olub ki, diqqət çəkməyən bu evdə əslində təhlükə yaradacaq hadisələr baş verirmiş. Evə baxış zamanı xeyli sayda silah-sursat və partlayıcı vasitələr aşkar edilib. Yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb. Amma bu hamısı deyil. Saxlanılan şəxs ikinci ərazisində, yəni evinə birləşik olan bu ərazidə ibadət evi tikməyə çalışırmış. Və elə bütün hadisələr də ibadətə evinin arxasında qazılmış anbarda baş veribmiş. Belə ki, saxlanılan şəxs həmin anbarı silah-sursat yeri kimi istfadə edirmiş. Həmin əraziyə keçid isə evin yan tərəfində olan kiçik qapıdan mümkün olurmuş. Baxış keçirilərkən üzərindən “Valter” markalı tapança aşkar edilən Zöhrab Şıxəliyev tikilini tamamlamamqla həm də diqqəti yayındırmağa çalışıb. Hətta Zöhrabın valideynləri belə həyətdə olan bu yarım tikilinin hansı məqsədlər üçün istifadə edildiyindən xəbərsiz olublar. Şıxəliyevlər ailəsinin xanımı, yəni Zöhrabın anasından onu da öyrəndim ki, övladının qanunsuz əməllərinə görə ailə ondan üz döndərib. Qonşulardan öyrəndiyim isə bu oldu ki, Zöhrab dəfələrlə onlara həyətdə olan bu yarımçıq tikilidən istifadə etmədiyini deyib. Kənardan inşası dayandırılmış kimi görünən tikilinin zirzəmisi əslində tam təmir edilib. Və dünənə qədər də burda insanlar ibadət edirmiş. Bura gedib-gələn şəxslərin kim olduğuna nəzarət etmək üçün və onların təhlükəsizliyini qorumaq üçün hətta tikiliyə müşahidə kameraları da quraşdırılıb. İstifadə üçün tam yararlı vəziyyətə gətirilən zirzəmiyə dərslərin keçirilməsi üçün Azərbaycan və Ərəb dilində müxtəlif kitablar gətirilib. Həm də mədrəsə kimi istifadə edilən zirzəmi bütün texniki vasitələrlə də təmin edilib. Bu məkanın mədrəsə və ya ibadət evi kimi istifadə edilməsi isə qanunsuz olub. Hətta qanunsuz saxlanılan silah-sursatın müəyyən bir qismidə bu mədrəsədə qorunub saxlanılıbmış. Hələ bir müddət əvvəl Dini Qrumlarla İş üzrə Dövlət Kommitəsi öz evini mədrəsəyə və ibadət evinə çevirən Zöhrab Şıxəliyevə bunu qadağan etmişdi. İşin icra edilməsində müəyyən problemlərin yaranması isə sonda bu cür qanunsuz əməllərin şaxələnməsinə şərait yaradıb. İndi hamını maraqlandıran bu yarımtikilidə görülən işlər və cızılan planlardır. Geri dön |