Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qışa belə hazırlaşırıq
Qışa belə hazırlaşırıq |
“Azəryolservis” ASC-in mərkəzi aparatında qərargah yaradılıb
Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in tabeliyində olan idarə və müəssisələrin 2014-2015-ci illər üzrə payız-qış mövsümünə hazırlıq məqsədilə artıq əmr hazırlanıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə. əmrə əsasən payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını təmin etmək məqsədilə cəmiyyətin mərkəzi aparatında qərərgah yaradılıb. Bundan əlavə Yol İstismar İdarələri xidmət etdiyi avtomobil yolları üzrə tədbirlər planını hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirmək daxildir. Bundan başqa, yol texnikasının, maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsinə nəzarət olunacaq. Körpülər yerləşən ərazidə çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlərin təmizlənməsi, işçilərin xüsusi geyimlərlə təmin olunması, tələb olunan miqdarda qum, texniki duz və yanacaq-sürtgü materialları ehtiyyatı yaradılıb. Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şəhərində yerləşən avtomobil yolları, prospekt və küçələrdə mövcud vəziyyətlə bağlı operativ tədbirlərin görülməsi üçün cəmiyyətin mərkəzi aparatında sutkalıq növbətçilik təşkil olunub. Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar operativ növbətçilər tərəfindən müntəzəm şəkildə qeydə alınacaq. Bütün proses tam nəzarətdədir. Qeyri-sabit hava şəraitində yarana biləcək xoşagəlməz hadisələrin aradan qaldırılması üçün kifayət qədər material ehtiyyatı, saz və hazır vəziyyətə gətirilmiş maşın-mexanizmlər var. İlkin mərhələ olaraq 24885 kub metr qum, 1160ton texniki duz ehtiyyatı yaradılıb, 500ton texniki duzun əlavə alınması alınması üçün müqavilə bağlanıb. Bundan əlavə, 1047 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Zərurət yaranarsa, texniki duz, qum ehtiyyatı, maşım-mexanizmlər və nəqliyyat vasitələrinin sayı yenidən artırılacaq. Geri dön |