Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Orucov: Urmu gölünün Güney Azərbaycan üçün strateji önəmi böyükdür- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Əli Orucov: Urmu gölünün Güney Azərbaycan üçün strateji önəmi böyükdür- Müsahibə

Əli Orucov: Urmu gölünün Güney Azərbaycan üçün strateji önəmi böyükdür- Müsahibə


Müsahibim, Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucovdur.
-Əli bəy, İran Urmu gölünün canlandırılması ilə bağlı açıqlamalar və vədlər verir. Amma ortada bir nəticə yoxdu. Rejim sona qədər dirəniş göstərə biləcəkmi?

-Bildiyiniz kimi Urmu gölü strateji əhəmiyyət kəsb edir. Həm İranın hakim dairələri, həm də Güney Azərbaycan acısından böyük önəmi vardır. Urmu gölünün quruması bu isə yüz minlərlə ton duzun ətrafa yayılaraq ekoloji fəlakət yaratması deməkdir. Bu fəlakətin nəticəsi olaraq da milyonlar insan öz doğma dədə-baba torpaqlarını tərk etməsinə səbəb yaradacaq. Hansı ki, həmin ərazidə də yaşayanların əksəriyyəti soydaşlarımızdır. Bu da humanitar problemlərlə yanaşı, əhalinin yerləşdirməsinə də öz etkisini göstərəcək.

-Urmu gölü quruyursa,İran bundan nə qazanacaq?

-Urmu gölünün qurumasına bais olan İran dövləti öz səhvini istər-istəməz düzəltməlidir. Bayaq da yuxarıda vurğuladığım ki, ekoloji fəlakət təkcə Güney Azəbaycanı təhdid etməyəcək. Radiasıyanın yol verilən həddini keçməsi daha geniş faciələr yaradacaq. Amma bu gölün qurudulmasının qarşısının alınması heç də asan məsələ deyil. Gölə su xəttlərinin çəkilməsi xeyli vəsait tələb edir. İqtisadi sanksiyalara (təhrim) məruz qalan və neftin dünya bazarında ucuzlaşmasından milyardlarla vəsait itirən İran təbii ki, bu bahalı layihəyə həvəssiz yanaşacaq. Lakin həm bölgədə yaşayan əhalinin davamlı təzyiqləri, həm də Azərbaycanın beynəlxalq əlaqələrindən istifadəsi, Urmu gölünün qurumasının ciddi fəsadları barədə geniş təbliğat işi İran hakimiyyətini verdiyi vədinə əməl etməyə məcbur edə bilər. Əslində bu elə İranın özünə lazımdır. Burada turizm üçün əlverişli çoğrafi şərait olub. Onun bərpası həm iqtisadiyyətin müxtəlif sahələrinə, həm də turizm sənayesinə divident gətirərdi.

Elnur Eltürk

Geri dön