Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan Mərkəzi Bankı gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir
Azərbaycan Mərkəzi Bankı gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir |
2015-ci ildə milli valyutanın məzənnəsinin sabitliyini təmin etmək üçün Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. Onun sözlərinə görə, bu ilin sonunadək AMB bazara müdaxilə edə və 500 mln. dollar həcmində xarici valyuta əldə edə bilər. AMB-nin valyuta ehtiyatları bu ilin sonuna 15,5-15,7 mlrd. dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Onun fikrincə, gələn il intervensiya proqnozu nəzərə alınmaqla, 2016-cı ildə AMB-nin valyuta ehtiyatları minimum 17 mlrd. dollar təşkil edə bilər. AMB valyuta bazarından 2010-cu ildə 1 385 mln. dollar, 2011-ci ildə 4 153 mln. dollar, 2012-ci ildə 1 584 mln. dollar, 2013-cü ildə 2 457 mln. dollar, 2014-cü ilin 6 ayında isə 967,4 mln. dollar məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında AMB-nin sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15163 mln. dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir. Geri dön |