Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Təbrizdə Urmu Gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyalarda həbs olunan 37 nəfər milli fəal şallaq və həbsə məhkum edildilər
26 dekabr 2011-ci il tarixində Təbriz şəhərinin umumi məhkəmasində hakim Şukuhtazənin verdiyi gərara əsasən, Urmu Gölünün qurudulmasına etiraz edən və 2011-ci ilin 3 septambrda yaxalanan 37 nəfər 6 ay həbs və 30 zərba qamçıya məhkum edilmişlər, bu cəza 3 il muddətində ( asılı) halına gətirilmişdir Söylənilən 37 nəfərin adları bunlardır: 1.Behcət-Fəramərzi 2.Cəfər-Purbəygi 3.Mehrdad-Ağapur 4.Nasir-Əbdi 5.Mehryar-Qurbani 6.Peyman-Atəşbonab 7.Məsud-Peydayi 8.Sabir-Əhmədzadə 9.Məhəmməd-İsmaili 10.Əlirza-Hüseynzadə 11.Nurəddin-Zarepur 12.Nadir-Əmiri-Səhərgi 13.Ramin-Qulipur 14.Əbülfəzl-Bəxşipur 15.Həmid-Niknam-Pirəlilu 16.Ələsgər-Muxtarpur 17.Əli-Cəbrayılzadə 18.Cavad-Eyvazi 19.Əli-Rzapur-Əyyubi 20.Məhəmməd-Əsədi 21.Rza-Şiri 22.Hüseyn-Moqtəder-Ehsani 23.Məhəmməd-Çinari 24.Murtəza-Səbəğ-Atəfi 25.Vəhid-Bərzgəri- 26.Seyid-Murtəza-Musəvi 27.Rza-Bordbare-Camalabadi 28.Fərrux-Nəqilu 29.Tohid-Aslani 30.Saman-Cahanpur 31.Həmid-Qasımi 32.Səttar-Əhmədifər 33.Möhsün-Əlişahi 34.Pedram-Əsgər-Devadgər 35.Kəyumərs-Qurbani-Niknam 36.Hamid-Daneşpur 37.Əlirza Əzhəri- Zəndabadi İran hərbi təlimlərə başlayıb Müharibə təhlükəsi ilə üz-üzə olan İran, qərb ölkələrinə əzələ göstərir. İran Hörmüz boğazında irimiqyaslı hərbi təlimlərə start verib. 10 günə yaxın davam edəcəyi gözlənilən “Vilayət 90” adlı hərbi təlimlər zamanı ölkənin Hərbi Dəniz Qüvvələri İran hərbi sənayesinin ən son nailiyyətlərini, o cümlədən “Yer-hava” tipli raketləri və digər silahları sınaqdan keçirməyi planlaşdırır. Təlim zonasının (məntəqə) Hind okeanının (iqyanus) şimal sularından Ədən körfəzinə kimi 2 min kilometr ərazini əhatə etdiyi bildirilir. Dəniz qüvvələri admiralı Həbibullah Səyyari mətbuata verdiyi müsahibədə təlimlərin məqsədinin İran ordusunun qüdrətini və müdafiə gücünü göstərməkdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət baxımından dünyanın 3-cü ən böyük dənizlə neft nəqli yolu hesab olunur. Bəhreyndə mərkəzləşmiş ABŞ (Amerika Birləşmiş Ştatları) dəniz qüvvələrinin “Beşinci donanması” (beşinci navqan) və dəniz quldurları ilə mübarizə aparan digər hərbi gəmilər də müntəzəm olaraq boğazın sularına daxil olur. Azəbaycanlı fəal Səccad İskəndəri azadlığa buraxılıb Bazar günü azərbaycanlı fəal Səccad İskəndəri mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Təxminən 30000 dollarlıq (30 milyon tümənlik) mülki vəsiqə qarşılğında azadlığa buraxılan İskəndəri keçən həftə 3-cü gün (çaharşənbə günü) tutuqlanmışdır. Belə ki, təhlükəsizlik qüvvələri Qoşaçayın Çaharbürc qəsəbəsində adını çəkdiyimiz azərbaycanlı fəalın evinə müraciət edib və evdə axtarış apardıqdan sonra onu yaxalamışdılar. Xatırladaq ki, Səccad İskəndəri “Türk Qala” podratçı (peymankarı) qrupun məsuludur. O, yaxalandığı zaman “Türk Qala” qrupuna aid türkcə yazılmış sənəd, möhür və s. zəbt olunmuşdur. Azərbaycanlı fəal Saman Cahanpur həbs cəzasına məhkum edilib Təbrizin inqilab məhkəməsinin 4-cü şöbəsi azərbaycanlı fəal Saman Cahanpuru həbs cəzasına məhkum edib. Məhkəmə Cahanpuru ictimai asayişi pozmaqda ittiham edərək 6 ay asılı (şərti, təliqi) həbs cəzasına məhkum edib.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal senyabrın 3-ü (şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə tutuqlanıb. O, 2 həftə ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında ağır şəraitdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Avropa Azərbaycanlıları Konqresi Fransa prezidentinə müraciət edib Avropa Azərbaycanlıları Konqresi (AAK) Fransa prezidenti Nikola Sarkoziya müraciət edib. Müraciətdə bu ölkənin Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul etməsini söz və ifadə azadlığını kobud surətdə pozduğu bəyan edilib: “Bu qanunla birinci növbədə fransız xalqının söz və fikir azadlığına son qoyulub. Bu qanunla Fransa dövlətinin prinsipləri ayaqlar altına atılıb. Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul edilməsini kəskin şəkildə pisləyir və buna etirazımızı bildiririk. Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılıb, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik toxumu səpilib, xalqların anlaşmalarına və dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulub. Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə olunmayacaq”. Müraciət müəllifləri Fransa prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları, şahidləri olan və işğal və soyqırımını xatırladıblar: “Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın bilavasitə özünün iştirakı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliam törədilib. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olub. Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də bu günə qədər nə işğal sona çatıb, nə də qatillər cəzalandırılıb. Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa dövlətindən Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz”. İranda daşqalaqla ölümə məhkum edilən Səkinə Aştianiyə dəstək üçün imzatoplama kampaniyası başlayıb İranda ərinə xəyanətdə və onun qətlə yetirilməsində təqsirləndirilərək daşqalaqla ölümə məhkum edilən Səkinə Məhəmmədi Aştianiyə dəstək üçün dekabrın 26-da imzatoplama kampaniyası başlayıb. Bu haqda kampaniyanın təşkilatçılarından, Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmi bildirib: “Səkinə Məhəmmədi Aştiani barəsində çıxarılmış daşqalaq edilməklə ölüm hökmünün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılsa da, yenidən gündəmə gəlib. İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani azərbaycanlı qadının dar ağacından asılmaqla edam edilməsinin mümkünlüyünü bildirib. Bu, qeyri-sivil qərara etiraz olaraq Türkiyədə yaşayan bir qrup azərbaycanlı fəal imzatoplama kampaniyası keçirməyi qərara aldıq”. Elçin Hatəmi elektron formada keçirilən imzatoplama kampaniyasına yalnız azərbaycanlıların deyil, dünyanın bir çox ölkələrində yaşayan xarici vətəndaşların da fəal şəkildə qatıldığını bildirib: “Kampaniyaya ABŞ, İsveç, Böyük Britaniya, Hollandiya və başqa bir çox ölkələrdə qeydiyyatdan keçən insanlar qoşulub. Hamısı azərbaycanlılar deyil, sıralarında əcnəbilər də çoxluq təşkil edir. Kampaniyanın ilk bir saatında 39 nəfər iştirak edib, bu, başlanğıc üçün yaxşı rəqəmdir. Elektron imzaların nəticəsini yekunlaşdırıb beynəlxalq təşkilatlara göndərəcəyik”. Ankarada Yaşayan Azərbaycanlılar, Fransa Səfirliyi Önündə Aksiya Keçirməyə Hazırlaşırlar Ankarada yaşayan Azərbaycanlılar, fransa sefirliyi önündə aksiya keçirməyə hazırlaşırlar 29 dekabr 2011 tarixində saat 10:00 da Fransanın Ankaradakı Səfirliyi qarşısında aksiya keçiriləcək. Bu aksiyanı Azərbaycanlılar, o cümlədən Zaur bəy Bayramlının önəmli fəaliyyətləri ilə yanaşı, Uluslararası Əsassız Erməni İddialarıyla Mücadilə Dərnəyi ilə birgə keçirəcəklər. 1915-ci ildə Erməni Şəbəkələrin tərəfindən qətl edilən Türklərin və 1992-ci ildə Azərbaycan Türklərinin Qarabağda Ermənilər tərəfindən qətl edilməsini və bu hadisəlarlə əlaqəli qırğınları göstərən şəkillər sərgisi açılaraq, mətbuat açıqlamasının olacağı gözlənilir. İranla Ermənistan arasında ticarət dövriyyəsi daha da artırılacaq Ermənistan və İran ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması haqda razılıq əldə edib.Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib.O, razılığın İran prezidenti Mahmud Əhmədinejadın Yerevana səfəri zamanı əldə olunduğunu söyləyib. Bu barədə "İRNA" agentliyi məlumat yayıb.Yerevanla Tehran arasında "xüsusi münasibətlər" olduğunu deyən Salehi iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin "parlaq gələcəyinin olduğunu" bildirib. Geri dön |