Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanda körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb
Azərbaycanda körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb |
Prezidentin sərəncamı ilə qeyd olunan strukturlar yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib
Azərbaycan prezidenti körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə sərəncam imzalayıb. Sərəncam Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə imzalanıb. Sərəncama əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib. Prezident Nazirlər Kabinetinə iki ay müddətində Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etməyi tapşırıb. Bundan başqa Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin olunmalı və bu barədə Azərbaycan prezidentinə məlumat verilməlidir. Sərəncamın digər bəndinə əsasən Prezident Administrasiyası Azərbaycan Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də bu Sərəncamla bağlı zəruri dəyişikliklərin layihəsinin bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim olunmasını təmin etməlidir. Geri dön |