Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmən Gəmiçi: İran hökuməti işsizlik problemini qadınları evdə oturtmaqla çözmək istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Türkmən Gəmiçi: İran hökuməti işsizlik problemini qadınları evdə oturtmaqla çözmək istəyir

Türkmən Gəmiçi: İran hökuməti işsizlik problemini qadınları evdə oturtmaqla çözmək istəyir


Güneyli qadın haqları fəalı Türkmən Gəmiçi Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda İranda qızların təhsilinin məhdudlaşdırılması istiqamətində yürüdülən siyasətlər və irəli sürülən təşəbbüslər haqda danışıb.

Türkmən Gəmiçi İranda qadınlara məhdudiyyətlərdən danışır


O, həmçinin məhdudiyyətlərin qeyri-fars cəmiyyətlərin qadınları üzərində buraxdığı təsir, eləcə də Azərbaycan vilayətlərində savadsız qadınların sayının yüksək olduğu kimi mövzular haqqında danışıb.

Amerikada təhsil alan urmiyəli fəal İranda qadınlara qarışı tətbiq edilən məhdudiyyətlərin ən çox qeyri-fars qadınlar üzərində təsir buraxdığını vurğulayır.

Qızlar təhsil dövründə sadəcə elm öyrənmirlər, onlar həmçinin gələcək yaşayışları üçün bacarıqlar əldə edib, toplumla ünsiyyət qurmağı öyrənirlər. Qızların təhsil sahəsində məhdudlaşdırılması onların toplumdan qopması və uzaqlaşmasına səbəb olar.

Son vaxtlarda Ərdəbil valisinin qızların təhsil dövrünün qısaldılmasına dair təklifi haqqında yayılan xəbərlər və daha sonra yayılan xəbərlərin valilik tərəfindən təkzib edilməsi ilə bağlı öz düşüncələrini ifadə edən Gəmiçi təkzib bəyanatının media və sosial şəbəkələrdə sərgilənən təpkilər səbəbi ilə verildiyini söyləyir.

İranın xəbər agentlikləri bildirib ki, vali Məcid Xudabəxş qızların oğlanlardan 5-6 il erkən yetkin olması səbəbi ilə onların təhsil dövrünün daha tez bitirilməsini təklif etmişdi. Ancaq daha sonra, Ərdəbil valiliyi geniş təpki və etirazların ardınca verdiyi bəyanatda valiyə istinad edilən sözləri təkzib etdi.

“Əslində təkzib bəyanatının yayılması bir cəhətdən sevindirici idi. Bu, mədəni toplumun sosial şəbəkələrdə sərgilədiyi etirazların təsir buraxdığını göstərdi,” deyə Türkmən Gəmiçi müşahidə edir.

İranın islamçı hökuməti işsizliyi qadınları təhsildən uzaqlaşdırmaqla azaltmağa çalışır.
İranın islamçı hökuməti işsizliyi qadınları təhsildən uzaqlaşdırmaqla azaltmağa çalışır.
Onun sözlərinə görə, qızların təhsil dövrünün qısaldılmasına dair təklif iki əsas hədəf istiqamətində irəli sürülüb:

“Hakimiyyətin hədəflərindən biri toplumun müxtəlif sahələri o cümlədən, universitetlər və iş yerlərində qadınlar və kişiləri ayırmaqdır. Qızlar üçün fərqli bir təhsil sisteminin həyata keçirilməsi bu hədəfə çatmağı rahatlaşdıracaq. İkinci hədəf isə, qızları daha tez toplumdan uzaqlaşdırıb onları erkən evlənməyə alqışlamaqdır.”

Hakimiyyətin hədəflərindən biri toplumun müxtəlif sahələri o cümlədən, universitetlər və iş yerlərində qadınlar və kişiləri ayırmaqdır.

“Qızlar təhsil dövründə sadəcə elm öyrənmirlər, onlar həmçinin gələcək yaşayışları üçün bacarıqlar əldə edib, toplumla ünsiyyət qurmağı öyrənirlər,” deyə ifadə edən güneyli fəal qızların təhsil sahəsində məhdudlaşdırılmasının onların toplumdan qopaması və uzaqlaşmasına səbəb olacağına diqqət çəkir.

Ərdəbil valisi və İranın bəzi digər rəsmiləri ölkədə işsizlərin böyük bir hissəsinin universitet məzunu qadınlardan ibarət olmasını işsizlik probleminin bir amili olaraq gündəmə gətirirlər.

Türkmən Gəmiçi isə deyir ki, hakimiyyət işsizlik problemini qadınları evdə oturdaraq çözməyə çalışır:

“Bunlar problemi həll etmir, məsələnin üzünü silmək istəyirlər. İşsizlik problemini çozmək yerinə, qızları təhsildən uzaqlaşdırıb evdə oturdaraq iş axtaranların sayını azaltmağa çalışırlar.”

1979-cu ildə İslam İnqilabından sonra İranda qadınların hüquqları xeyli məhdudlaşdırılıb.
1979-cu ildə İslam İnqilabından sonra İranda qadınların hüquqları xeyli məhdudlaşdırılıb.
Türkmən Gəmiçi eləcə də Qərbi Azərbaycan vilayətində savadsız əhalinin əksəriyyətinin qadın olduğunu göstərən rəsmi statistikalar haqqında öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

O, Azərbaycanda yaşayan savadsız qadınların farsca bilmədiyi, ana dili faktoru habelə İranda türk dilində təhsilin qadağa olduğuna işarə edərək İranda təhsil sahəsində qadınlara tətbiq edilən məhdudiyyətlərin ən çox qeyri-fars qadınlar üzərində təsir buraxdığını vurğulayır.

Geri dön