Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Türk dünyası-Turan > Qazaxıstan prezidentindən sensasion iddia!
Qazaxıstan prezidentindən sensasion iddia! |
Bu həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələcəklə bağlı proqram haqqında həmvətənlərinə müraciət edib.
Belə ki, o, yaxın illərdə baş verəcək problemlər haqqında danışıb. Adətən gələcək haqqında öz gizli fikirlərini yanvarda bölüşən Nazarbayev ölkədə baş verə biləcək böhranlara görə bu dəfə iki ay əvvəldən bu cür çıxış etməyi özünə borc bilib. Bəs qazax liderini buna nə məcbur edib? “Yaxın gələləcəkdə baş verəcək qlobal problemlər bizə də öz mənfi təsirini göstərəcək, hətta bütün dünyanın arxitekturası dəyişiləcək. Bu çətin mərhələdən sadəcə güclü dövlətlər keçə bilər. Digər ölkələr, həmçinin biz bu dövrü nisbətən çətin ötüşdürəcəyik. Çətin ki, mən - Nazarbayev planetin tənzimlənməsini təmin edə bilim”. Nazarbayevin bu çıxışının altında əslində başqa məqsəd var. O, istəməz ki, xalq ona qarşı çıxsın. Sübut etmək istəyir ki, baş verəcək hər hansı problem, hansısa dəyişiklik sadəcə Qazaxıstanın günahı olmayacaq. O, həmçinin dünya bazarında qiymətlərin düşməsi-qalxması haqqında danışıb. Buna görə Nazarbayev yeni iqtisadi-siyasət elan edib. Bu siyasət nəticəsində o, nəqliyyat, enerji, sənaye və sosial infrastrukturun (altyapı, zirsaxt) inkişafına, kiçik və orta biznesdə “Qazaxıstan irəli!” şüarından istifadə edəcək. Nazarbayevin planlarına görə, yaxın üç ildə Qazaxıstan büdcəsindən üç milyarda yaxın vəsait qəzalı məktəblərin təmirinə, 110 milyon dollar məktəbəqədər təşkilatlara, kommunal xidmətlərinin (su, işıq və s. kimi ictimai xidmətlər ) infrastrukturunun müasirləşdirilməsinə 1,1$ milyard, kiçik və orta biznesin güzəştli kredit verməsinə 550 milyon dollar, 130 milyon dollar yol infrastrukturunun inkişafına və yeni yolların tikintisinə sərf olunacaq. Həçinin prezident maaşları aşağı salmamağa söz verib. Prezident bütün bu vədlərə baxmayaraq həm də qeyd edir ki, vətəndaşlar hələ də bu işıqlı gələcəyi gözləyir. Lakin o, Medvedevdən fərqli olaraq baş verə biləcək bütün problemləri öz reallığı nümayiş etdirir. Geri dön |