Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət > Şirin Xanım Kərimbəyli Şadiman: - EŞQİN BİTMƏZ AZƏRBAYCAN
Şirin Xanım Kərimbəyli Şadiman: - EŞQİN BİTMƏZ AZƏRBAYCAN |
Nədən heç vaxt eşqin bitməz coşar, çağlar özün kimi?
Öylə bir od tapmıram ki, alovlansın közün kimi, Gözəlliklər ayna tutar camalına üzün kimi, Qəlbə yatmaz heç bir istək, heç bir dilək sözün kimi, Məhəbbətin zirvəsində daim bitən, Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Yadlar sənin qollarını zəncirlədi dönə-dönə, Parçaladı torpaqları, sərhəd çəkdi, yandı sinə, Dağ vuruldu düşmənlərin fitvasıyla od köksünə, Sərvətini apardı yad elə getdi hey əksinə, Övladları savaşlarda ölüb-itən, Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Mən də sənin bir zərrənəm qəbul eylə, ey çırağım, Adın ilə bağlıdır bil hardan gəlsə xoş sorağım, Əsir düşmüş yurdlarındı ürəyimdə can fərağım, Ordumuzun qüdrətiylə gedəcəkdir könül dağım, Ürəyimin tellərində dil-dil ötən Azərbaycan. Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Gündən-günə yüksəlişin yağıları çaşdıracaq, İgidlərin haqq yolunda qoşun çəkib səf duracaq, Sənə olan zülümlərin hesabını ər sorcaq, Quzey-Güney bu məmləkət bir sinədə yanan ocaq! Bu sevginlə varmı sənə dünyada tən Azərbaycan? Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Dərbəndinə Təbrizinə Borçalına can qurbandı, Əsir düşmüş Qarabağın könlümüzün şərəf andı! Bədənindən aralanmış Naxçıvanın qopan candı, Məni, səni çalxaladan sevgi dolu həyəcandı, Ərkim çatan, könlüm yatan, ünüm yetən Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Qalx ayağa, qap sılahı, yürü yağı üstünə, yurd, Əsir ellər həqarəti toxunmurmu şəstinə, yurd? Durub azğın düşmənlərin zaman-zaman qəsdinə, yurd, Yandırdılar el-obanı çox baxdılar tüstünə, yurd, Od götürüb müsibətdən alışır tən Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Taleyimtək yollarına düzülübdü çoxlu tikan, Yuvalarda ocaq sönmüş savaşa nə ədəb-ərkan? Əsirlərlə yağıların əllərinə keçib imkan, Döyüşlərdə dağılıbdı, yıxılıbdı ulu məkan, Ocağına kül ələnib bəxti yatan Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Sevinirəm Güneyinin müstəqillik sevdası var, Başımızın üstə əsən bayrağının sədası var, Himnimizin könlümüzdə havalanan nidası var, Sənə olan sitəmlərin düşməninə qadası var, Qürbətlərdən heç bir zaman olmur Vətən, Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! Şadimanın ürəyini parçalayır müsibətin, Səni sevən övladına həyat eşqi məhəbbətin, Yavaş-yavaş faş olacaq bu dünyaya həqiqətin, Düşməninə qan uddurmaq əvvəl-axır ibadətin! Torpağına düşən toxum olacaq dən Azərbaycan, Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan! 15.05.2014 Şirin Xanım Kərimbəyli Şadiman Geri dön |