Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Babək Çələbiyanlı: Dili və dinindən asılı olmayaraq bütün güneyliləri müdafiə etməliyik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Babək Çələbiyanlı: Dili və dinindən asılı olmayaraq bütün güneyliləri müdafiə etməliyik

Babək Çələbiyanlı: Dili və dinindən asılı olmayaraq bütün güneyliləri müdafiə etməliyik


İran Azərbaycanında yaşayan müxtəlif etnik və dini qrupların durumu ilə bağlı Amerikanın Səsinə müsahibə verən güneyli fəal Babək Çələbiyanlı Güney Azərbaycan Milli Hərəkatının sekular/dünyəvi bir hərəkat olması etibarı ilə şiə və qeyri-şiə və ya türk və qeyri-türk arasında fərq qoymadan bütün azərbaycanlıların hüquqlarının diqqətə alınmasının gərəkli olduğunu ifadə edir.

Babək Çələbiyanlı: Dili və dinindən asılı olmayaraq bütün güneyliləri müdafiə etməliyik


Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) sözçüsünün dediklərinə görə, İran İslam Respublikası fars millətçiliyinə söykənən bir şəriət rejimidir və fars-şiə kimliyi xaricində olan qruplarla ikinci dərəcəli vətəndaşlar kimi davranır.

İran Azərbaycanında yaşayan qeyri-şiə türklər o cümlədən, bahailər və sünnilərin geniş zülm və basqıya məruz qaldıqlarını önə çəkən Çələbiyanlı son vaxtlar, xüsusilə bəhayi icmasının üzləşdiyi ayrı-seçkiliklər və basqıları şərh edir.

Milli hərəkat sekular bir hərəkatdırsa, onun üçün əsas olan din və məzhəb olmamalıdır. Hərəkatın milli mahiyyəti isə sadəcə sözdə deyil əməldə də əks edilməlidir. Milli olmaq burada yaşayan bütün insanlara dəyər verməkdir. Bu millətçi deyil, şiə deyil ya türk deyil deyərək insanları boykot etmək doğru olmaz.
Babək Çələbiyanlı
Güneyli siyasi təşkilatlar və qrupların azlıqların hüquqlarına dair münasibətini dəyərləndirən fəal Azərbaycanda yaşayan bütün icmaların hüquqlarının müdafiə edilməsini mühüm hesab edir.

“Biz Azərbaycan milləti deyirik. Buna görə də, azərbaycanlı olan hər kəsin soyundan, dinindən, dilindən və cinsiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmasını tələb etməliyik,” deyə o dilə gətirir.

Amerikada mühacirətdə yaşayan güneylinin sözlərinə görə, “Güney Azərbaycan Milli Hərəkatı sekular bir hərəkatdır. Bu çərçivədə fəaliyyət göstərənlərin hamısı millətçilərdən ibarərt deyildir, sayıları az olsa da, hərəkatın içində insan haqları fəalları, eləcə də ətraf mühit fəalı, qadın və uşaq haqları müdafiəçiləri və solçu fəallar var. Buna görə də sadəcə millətçilərə qarşı tətbiq edilən basqıları gündəmə gətirmək doğru olmaz.”

“Azərbaycanın əksəriyyəti türklərdən ibarətdir, amma qeyri-türk azərbaycanlılar da var. Onlar bizim gözümüzdə Azərbaycan vətəndaşıdır və onların haqları müdafiə edilməlidir,” deyə Çələbiyanlı qeyd edir.


Babək Çələbiyanlının fikrincə, bu növ yanaşmanı tənqid edib və azlıqların haqlarının müdafiə edilməsinə qarşı olanlar əslində Azərbaycan hərəkatının sekular mahiyyətinə qarşı çıxırlar. “Milli hərəkat sekular bir hərəkatdırsa, onun üçün əsas olan din və məzhəb olmamalıdır. Hərəkatın milli mahiyyəti isə sadəcə sözdə deyil əməldə də əks edilməlidir. Milli olmaq burada yaşayan bütün insanlara dəyər verməkdir. Bu, millətçi deyil, şiə deyil və ya türk deyil deyərək insanları boykot etmək doğru olmaz.”

Çələbiyanlı həmçinin mənsub olduğu Azərbaycan Milli Dirəniş Təşkilatının azlıqlarla bağlı siyasəti və görüşlərini Amerikanın Səsi ilə paylaşıb.

Geri dön