Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeddi il öncə...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Yeddi il öncə...

Yeddi il öncə...


Borçalıların çoxu hələ də öz torpaqlarının ağası deyillər

Bu yazını torpaq uğrunda Şəhid olan Hilal Ananın xatirəsinə ithaf edirəm


Düz yeddi il öncə, qışın şaxtalı bir günü idi. O zamanlar yenicə fəaliyyətə başlamış xəbər agentliklərinin birində yenicə işə düzəlmişdim. 2004-cü il dekabr ayının 24-ü axşama tərəf idi. İş gününün sonuna az qalmışdı. Evə getməyə hazırlaşırdıq ki, bu dəmdə cib telefonuma zəng gəldi... “Kənddə atışma gedir, gürcülər kənd camaatına hücum edib. Hilal xalanı vurdular, Ramizi də ayağından yaraladılar...”
Hadisə yerindən zəng edən anam idi. Hadisəni təfərrüatı ilə öyrənib, həmin an da agentlik vasitəsilə KİV-lərə yaydıq. Həmin gün səhərəcən özümə yer tapa bilmirdim, doğma kəndimdə hadisə olub, harınlamış gürcülər kənd cammatına silahlı hücum edib, ölən və yaralananlar vardı...
Hadisə baş verməmişdən iki il öncə kənd sakinləri bir araya gəlib Gürcüstanın o başından gəlib bu başında- Borçalı mahalının kəndlərində torpaqları mənimsəyənlərə qarşı etiraz səslərini ucaldıb, halal-hümmət torpaqlarını hökumətdən tələb etməyə başladılar...
Məsələnin tam təfsilatına keçməmişdən öncə qeyd edim ki, kənd camaatı, sovetlər tarixin arxivinə gedən, Gürcüstan da müstəqil olan gündən bəri hökumətdən torpaqlarını əkib-becərməkçün tələb edirdilər. Təbii ki, gürcü hökuməti də çörəyi torpaqdan çıxan kəndçinin istəyinə məhəl belə qoymurdu. Get-gedə müstəqil hökumət hər sahədə olduğu kimi, kənd təsərrüfatında da islahatlara start verdilər. Bir çox sahələrdə yeniliklər edildi, torpaqlar özəlləşdirildi. Elə həngamə də bu “ədalətli” özəlləşmədən sonra baş verdi.
O günə kimi bir neçə dəfə kənd əhalisi yığışıb, torpqlarını dövlətdən istəyiblər. Lakin onların bu istəklərinin qarşılığında hədə-qorxu gəlib, kimini polislə, kimini də şantajla geri çəkilməyə məcbur ediblər.
Və nəhayət, bütün baş verən olaylardan sonra kənd sakinləri ayağa qalxıb birbaş o zamanlar Gürcüstan prezidenti olan Eduard Şevardnadzedən torpaqlarını tələb etdilər. Hökumət yetkililəri yenə hərəkətə keçdi; hədə-qorxu, şantaj, ələalma və sairə əməllər. Ancaq bunların heç biri keçərli olmadı, nə şantaj, nə də pul-para. Bu dəfə kənd sakinləri sistemli olaraq mübarizəyə hazırlaşmışdılar, bu yolda öldü var, döndü yoxdur deyib, yola çıxmışdılar. Günü-gündən ağıllı və taktik addımlar ataraq hədəfə doğru irəliləyirdilər. Hər dəfə irəlilədikcə, gürcüləri geri çəkilməyə məcbur edirdilər.
Mübarizənin qızğın vaxtında ölkədə çevriliş baş verdi və kənd sakinləri etirazlara ara verdilər.Ümid etdilər ki, çevriliş edərək hakimiyyətə gələn Mixail Saakaşvili ədaləti bərpa edər. Bu ümidlə bir müddət gözlədilər. Görəndə ki, yeni prezident onları görməzdən gəlir. İşlərinin başına dönüb, etiraz aksiyalarına qaldıqları yerdən davam etdilər. İstər hüquqi, istərsə də aksiya formalarıyla hökuməti fakt qarşınıda qoydular. Və nəhayət uzun mübarizədən sonra kənd sakinləri istəklərinə nail oldular. Torpaqlarını zorla da olsa alıb, pay olaraq kənd sakinləri öz aralarında böldülər. Mübarizədən bir şəhid, bir də qazi verərək ayrıldılar. Torpaq uğrunda şəhid olan Hilal Ana, torpaqlarını zəbt edən gürcülərlə mübarizdə ürəyindən aldığı güllə yarası ilə şəhid oldu. Ayağından yaralanan Ramiz isə aldığı güllə yarasından bir ayağını itirib - Qazi oldu. Hələ yüngülvari yaralananları demirəm. O gün bir qəhrəmanlıq dastanı yazıldı balaca bir kənddə. Kənd, kişili qadınlı, uşaqlı-böyüklü əliyalın harınlamış silahlı gürcülərin üzərinə yeridilər, daş-kəsəklə onları qovub kənddən çıxardılar. Torpağın əsl sahiblərinin özləri olduqlarını bir daha sübut etdilər.
O gündən bu günə 7 il keçir.
7 ildir torpaqlarını özləri əkib-becərirlər.
7 ildir torpaqlarının ağası özləridir.
Amma Borçalıların çoxu hələ də öz torpaqlarını əkib becərə bilmirlər. Hələ də özləri torpaqlarının ağası deyillər.

Geri dön