Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclisin qarşısında aksiya cəhdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Milli Məclisin qarşısında aksiya cəhdi

Milli Məclisin qarşısında aksiya cəhdi


Şəhid ailələrinin sığorta pulu tələbi müzakirəyə çıxarıldı
Şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd ediblər. Onlar sığorta pulları ilə bağlı etirazlarını dilə gətiriblər.

Onların qaldırdığı problem parlamentin bu günki iclasında deputatlar tərəfindən müzakirəyə çıxarılıb. ANS PRESS-in məlumatına görə iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar:

“Təbii ki, onlar üçün evlər tikilir, maşınlar verilir. Şəhid ailəri Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır. Oqtay müəllim, qanunvericilik baxımından nə lazımdırsa onu da həll edək. Eyni zamanda bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bir daha bura gəlməsinlər”.

Deputat Vahid Əhmədov isə şəhid ailələri və Qarabağ əliləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq qaldığını söyləyib.
“Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. "Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.

Geri dön