Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda pulsuz işıq
Bakıda pulsuz işıq |
Azərbaycanda alternativ enerji istehsalı 20%-dək artırılacaq
Azərbaycan coğrafi mövqeyinə və iqlim şəraitinə görə alternativ enerji mənbələrindən istifadə üçün əlverişli imkanlara malik ölkələrdən biridir. Regionlarımızda fərqli-fərqli enerji potensialları mövcuddur. Bunlar bölgələrdə günəş potensialı, Dağlıq zonalarımızda hidroenergetika, bioenergetika, Aran zonalarda günəş və geotermal enerji potensialı, Xəzər dənizi sahillərində külək, günəş ptensialları var. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bildirib ki, 2004-cü il oktyabrın 21-də “Alternativ və bəpra olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul olunub. Proqramda Azərbaycanın alternativ (bərpa olunan) enerji potensialı kimi külək, günəş, biokütlə, geotermal (termal sular) enerjisi, kiçik su elektrik stansiyaları göstərilib. Cari dövrə kimi müxtəlif bölgələrdə qoyuluş gücləri - külək enerjisi hesabına 67 MVt-a yaxın, günəş enerjisi hesabına 30 MVt-a yaxın, Kiçik Su Elektrik Stansiyaları hesabına 105 MVt-a yaxın, Bio kütlə və bərk tullantılar hesabına 47 MVt-a yaxın elektrik stansiyaları quraşdırılıb. Hazırda elektrik enerjisinin 8%-10%-i alternativ enerji mənbələri hesabına istehsalı mövcuddur, 2020-ci ilə kimi bunu 20%-ə kimi artırmaq niyyətindəyik. Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisini 2020-ci ilə kimi 20%-ə qədər artırmaq niyyətimiz var və bunu 8%-11% artırmaq nəzərdə tutulur. C.Məlikov diqqətə çatdırıb ki, Azərbaycanda əvvəlcə günəş enerjisindən istifadə prioritet hesab olunduğundan bu enerjinin əldə olunması üçün lazımi texnoloji avadanlıq və qurğuların Azərbaycanda istehsal olunduğuna görə günəş enerjisinin bərpa olunan enerji mənbələrində payı 40% təşkil ediləcək. Günəş enerjisindən sonra Xəzər dənizinin külək potensialını nəzərə alsaq külək enerjisinin bərpa olunan enerji mənbələrində payı 28% olacaq. ARDNŞ-ın Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev bildirilib ki, ARDNŞ fəaliyyət sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində davamlı tədbirlər həyata keçirir. Belə ki, "Ekoloji Park"da təmiz və tullantısız texnologiyaların tətbiqinə böyük önəm verilir. Parkda elektrik enerjisinə olan tələbatın müəyyən bir hissəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəmək üçün pilot layihə kimi hər birinin gücü 10 kVt/saat olan 4 ədəd külək generatoru və ümumu gücü 20 kVt/saat olan günəş panelləri quraşdırılıb. Ekologiya İdarəsinin Sabunçu rayonu ərazisində yerləşən Balaxanı istehsalat sahəsində yeni tikilən inzibati binanın elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədi ilə gücü 20 kVt/saat olan günəş panelləri quraşdırılır. Ekspertlərin fikrincə, dünya əhalisinin enerjiyə təlabatı isə əksinə - ilbəil artır və 15 ildən sonra daha da yüksələcək. Xüsusilə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə enerjiyə tələbat çox artacaq. Bu səbəbdən vəziyyətdən çıxış yolu indidən alternativ enerji mənbələrinin inkişaf etdirilməsi, iri neft gəlirlərinin bir hissəsini alternativ enerji mənbələrinin yaradılmasıdır. Bu məqsədlə Quba rayonunun Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizatı üçün alternativ enerji mənbələrindən istifadə etməklə Hibrid sisteminin yaradılması" layihəsi hazırlanıb. Hazırda Şəki, İsmayıllı, Quba, Oğuz və digər rayonların icra hakimiyyətləri ilə birlikdə bəndsiz kiçik su-elektrik stansiyalarının inşası üzrə səmərəli su resurslarının təyin edilməsi, tikiləcək stansiyaların güclərinin və onların yerlərinin müəyyənləşdirilməsi istiqamətində intensiv tədqiqat işləri aparırlar. Oğuz rayonu üzrə 124 meqavat Şəki rayonu üzrə isə 60 meqavat ilkin resurslar proqnozlaşdırılır. Yaxın vaxtlarda həmçinin Quba rayonunda gücü 1,2 meqavat olan Nügədi kiçik su elektrik stansiyası sistemə qoşulacaq. Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən əlverişli və münasib hissəsində yeni su elektrik stansiyasının inşasına başlanılıb. Hesablamalara və statistik məlumatlara görə, günəş enerjisinin istifadəsiylə bağlı imkanlar da genişdir. Azərbaycan qədimdən günəşli diyar kimi tanınır. İlin 300 günə qədəri günəşlidir. Azərbaycan bu potensialına görə, keçmiş MDB ölkələrində ilk yerlərdən birini tutur. Azərbaycanda daha çox Naxçıvanda ilin 2900 saatı günəşli olur və bu çox yüksək göstəricidir. Azərbaycan ərazisində 1 kvadratmetr sahəyə düşən günəş enerjisinin həcmi 1500-2000 kilovat/saat təşkil edir ki, bu da Avropadakı eyni göstəricidən çoxdur, ABŞ və Çinin göstəricilərinə isə bərabərdir. Azərbaycanda alternativ enerji mənbələri arasında ən səmərəlisi kiçik su elektrik stansiyaları hesab olunur. Ölkənin ümumi hidroenerji potensialı 40 milyard kilovat/saat təşkil edir ki, bunun da 12 faizi kiçik su elektrik stansiyalarının payına düşür. Ölkədə 50 kiçik çay var və onların 30-nun suyu boldur. Bu çaylardan 4,8 milyard kilovat/saat enerji istehsal etmək olar. Azərbaycandakı 9 kiçik su elektrik stansiyasından indi yalnız ikisi - Şəki və Muğan stansiyaları işləyir. Külək elektrik stansiyaları vasitəsilə elektrik enerjisi istehsalı potensialı 800 meqavata yaxındır. Bu, ildə 4 milyard kilovat/saat, yəni indiki istehsalın 25 faizi qədər enerji deməkdir. Həmin enerji istehsal edilsə, ildə 1 milyon ton şərti yanacağa qənaət edilmiş olar. Abşeron yarımadasında ilin 300 günü küləkli olur və küləyin illik orta sürəti 7,2 metrdir. Küləkdən enerji alan qurğular üçün rentabellik isə illik 4 metrdir. Ekspert İlham Şaban deyib ki, Azərbaycanda hökumət daha çox ənənəvi enerjidən istifadəyə üstünlük verir. Amma qonşu Gürcüstanda hasil edilən elekrtik enerjisinin təqribən 89 faizi su elektrik stansiyalarının, Ermənistanda isə 40 faizi atom elekrtik stansiyasının payına düşür. Azərbaycanda istehsal olunan elekrtik enerjisinin 90 faiz istilik elekrtik stansiyalarının payına düşür ki, burda da mazut və qazdan daha çox istifadə edilir. Onun fikrincə , bu sahəni güclü inkişaf etdirmək üçün iqtisadi imkanlar hələ çox genişləndirilməlidir. Xatırladaq ki, Avropada ümumi enerji istehsalında alternativ mənbələrin rolu Azərbaycanda olduğu kimi 1 faizlik göstərici ilə ölçülmür. Məsələn, Portuqaliyada alternativ mənbələrin çəkisi 13 faiz, Belçikada 23 faiz, Finlandiyada 24 faiz, İsveçdə 32 faiz, Norveçdə 52 faiz, İslandiyada 73 faizdir. Geri dön |