Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Robert Koçaryan keçmiş tərəfdaşına necə xidmət elədi?
Robert Koçaryan keçmiş tərəfdaşına necə xidmət elədi? |
İndi paxırlar tez açılır.
Bu yaxınlarda bəlli olub ki, Cenevrədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla Ermənistanın ən varlı adamı, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan arasında gizli görüş olub. Serj Sarkisyanın hakimiyyətdən getməsindən sonra prezident vəzifəsinə gələcəyinə ən çox inanılan namizəd məhz Tsarukyandır. İrəvanda dərc olunan "Joxovurd" qəzetinin məlumatına görə, görüşdə bu Cənubi Qafqaz respublikasının daxili həyatında baş verən son proseslər müzakirə edilib. Qəzetin jurnalistlərinin tərəflərin təmsilçilərindən hansısa məlumat əldə etmək cəhdi uğurla nəticələnməyib. Tsarukyanın mətbuat katibi görüşün baş verməsi barədə xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Koçaryanın ofisinin rəhbəri əvvəlcə hər şeyi dəqiqləşdirib suallara cavab verəcəyini söyləyib, bir gün sonra isə cavab verməkdən imtina edib. Bəs erməni siyasətçilər nədən danışa bilərdilər? Ekspertlərin çoxu hesab edir ki, hər şeydən öncə söhbət Sarkisyanın erməni dövlətinin başçısı vəzifəsini vaxtından əvvəl tərk etməsindən gedə bilər. Bir az əvvəl bu iki Qarabağ terrorçusu - Koçaryan və Sarkisyan arasında dostluq münasibətləri var idi, amma sonra onların arasından "qara pişik" keçdi. Tsarukyan isə həmişə özünü indiki dövlət başçısına siyasi opponent sayır. O, bu gün də əmindir ki, məhz özünün biznes uğurları Ermənistanı indiki hakimiyyətin sürüklədiyi iqtisadi bataqlıqdan çıxarmaq üçün zəmanət verir. Koçaryanın ofisinin rəhbəri bildirib ki, Ermənistanın ikinci prezidenti tezliklə ölkədə baş verən siyasi proseslərə münasibətini bildirəcək. Ölkə prezidentinə güclənən təziyqlər yalnız siyasətçilərdən gəlmir. Ermənistanın on minlərlə vətəndaşı bu günkü vəziyyətdən çox narahatdırlar, müxalifətin dekabrın 10-a planlaşdırdığı etiraz marşına çıxmağa hazırdırlar. Tələbləri isə təkdir - "Serj Sarkisyan, çıx get!". Erməni dövlətinin başçısının bu cür təzyiqlərə dözə bilib-bilməyəcəyi tezliklə aydın olacaq. Geri dön |