Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Burak Bilgehan Özpek: “Amerika konqresinin bu addımı separatçıların ABŞ kimi bir dövlətlə əlaqəyə girməyi mənasına gələcək”
Burak Bilgehan Özpek: “Amerika konqresinin bu addımı separatçıların ABŞ kimi bir dövlətlə əlaqəyə girməyi mənasına gələcək” |
Dağlıq Qarabağ kimi separatçı bölgələrin başqaları ilə oxşarlığı ondan ibarətdir ki, onlar daxildə özlərini idarə etsələr də, xaricə özlərini tanıtdıra bilmirlər.
Bu sözləri “Davam”a Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Burak Bilgehan Özpek ABŞ konqresinin Dağlıq Qarabağ separatçılarının maliyyələşdirməsini davam etdirməsi ilə bağlı xəbəri şərh edərkən bildirib: “Haqlı olaraq dünyada tanınmadıqlarına görə, daxildə istisadi çətinliklər yaşayırlar. Başqa sözlə “de fakto” var olan bölgələr inkişaf problemləri ilə üz-üzə qalırlar. Ancaq ABŞ-ın Dağlıq Qarabağ separatçılarına ayırdığı 2 milyon dollar bu bölgəni az da olsa rahatladacaq. Digər tərəfdən bu addım separatçıların ABŞ kimi bir dövlətlə əlaqəyə girməyi mənasına gələcək. ABŞ-ın bu siyasəti Dağlıq Qarabağın separatçı bölgə kimi mövcudluğunun davamına dəstəkdir”, - deyə, politoloq qeyd etdi. Elnur Eltürk Geri dön |