Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Zirəddin Rzayevdən tükürpədici proqnoz: Böyük bədbəxtlik görürəm
Zirəddin Rzayevdən tükürpədici proqnoz: Böyük bədbəxtlik görürəm |
Qarşıdan yeni il gəlir. 2015-ci ildə baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.
Zİrəddin Rzayevin ANS PRESS-ə eksklüziv verdiyi proqnozları təqdim edirik: "Kosmosda qəribə halların baş verdiyini görürəm. Sanki göy yer üzünü təhdid edir, hədələyir. 2020-ci ilə qədərə kosmosda baş verən hallar yer üzübə bədbəxtlik gətirəcək. Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq. Amerika güclü yanğınlar görürəm. Bu yanğın mənə cəhənnəmi xatırladır. Vaşinqton və ona yaxın olan yerlərdə təbii gəlakətlər aktivləşəcək. Xüsusən zəlzələ və qasırğalar tüğyan edəcək. 2015 və 2016-cı illər Amerikada çoxlu vulkan püskürməsinin şahidi olacaq. 2015-ci il ictimai sabitlik baxımından Moldava, Qazaxıstan üçün də bir o qədər uğurlu olmayacaq. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin sonlarında öz sağlamlığından ehtiyatlı olmalıdır. Mən onda ürək-qan damar sistemi və beyin qan dövranında, o cümlədən endokrinik sistemində rahatsızlıq görürəm. İnfark və insult xəstəlikləri onu təhdid edir. Əgər bu il müalicə olunsa və sağlamlığını diqqətdə saxlasa xilas olma ehtimalı var. İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı təkanlar özünü göstərəcək. İtaliya da təbii fəlakətlər olacaq. Orada ictimai qorxu yaranacaq. Məkkə və Mədinədə ağ tüstü görürəm. Bu mənə dumanı xatırladır. Bu görmənin nədən xəbər verdiyini anlaya bilmirəm. Hislərim mənə bir o qədər xoş şeylər demir. Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox şərqi xatırladır. 2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri gərginləşməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb olmacaq. 2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı ilə qədər istisadi baxımından Rusiya özünü tədricən doğruldacaq. Rusiya təhlükəsizlik baxımından nəzarəti daha da gücləndirməlidir. Xüsusən də nəqliyyatla bağlı məsələlərdə diqqətli olmalıdır. Rusiya tarixin yeni sınaqlarını yaşamasına baxmayaraq, onu böyük uğurlar gözləyir. Yaşanılan ağır sınaqlar Rusiyada immunitet yaradacaq. Bu çəkişləmələrdə Rusiya daha da güclənəcək. 2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal keçəcək. Son iki il müddətində yaz-yay fəslində atom bombasını xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda çox sayda insanlar öləcək. Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm gətirəcək. Çox sayda insanları təhlükədə görürəm. Allah hər şeyin doğrusunu buləndir. Onun bizə verən elmdən başqa heç nə qavraya bilmərik. Hər şey Onun ixtiyarındadır". Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını deyən Zirəddin Rzayev ölkəmizlə bağlı proqnoz verməkdən imtina etdi. Proqnozun verilmə tarixi : 2014-cü ci il 27 noyabr. Geri dön |