Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Məhəmmədrəsul rəqibini nokauta saldı
Məhəmmədrəsul rəqibini nokauta saldı |
Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın II turu boksçularımız üçün uğurlu alınıb
Noyabrın 29-da və 30-da Bakıda AİBA Pro Boxing (APB) turnirinin 69 və +91 kq çəki dərəcələrində növbəti döyüşlər keçirilib. Azərbaycan Boks Federasiyasından aldığı məlumata göröə, Rio-de-Janeyro-2016-ya lisenziya xarakterli yarışın II turu Azərbaycan boksçuları üçün uğurlu alınıb. Belə ki, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayev APB seriyasında özünün və ölkəmizin ilk qələbəsini qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan boksçumuz macarıstanlı Qyula Kateni 2:1 (56:58; 58:56; 58:56) hesabı ilə məğlub edib. Bu çəkidə, həmçinin türkiyəli Onur Sipal keniyalı Rayton Okviriyə, avstriyalıMarkos Nader litvalı Eimantas Stanionisə və rusiyalı Andrey Zamkovoy ukraynalı Denis Lazerevə qalib gəlib. 2 qat dünya çempionumuz, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da Beynəlxalq Boks Federasiyasının yeni proyektinə qələbə ilə başlayıb. Təxminən 1 illik fasilədən sonra yenidən rinqə çıxan və yarışa II turdan start verən təmsilçimiz ukraynalı Sergey Verveykonu məğlub etməkdə çətinlik çəkməyib. Superağır çəkidə yığmamızın əsas üzvü görüşü vaxtından əvvəl texniki nokautla bitirib. İkinci raundda Verveykonun məşqçiləri rinqə dəsmal atmalı olublar. Bu qarşılaşmadan əlavə keçirilən 3 döyüşdə Məhəmməd Arjoui (Mərakeş) Mixay Nistorudan (Rumıniya), Məhəmməd Omarov (Rusiya) Samir Əhməddən (Misir), Erik Pfeyfer (Almaniya) isə Toni Yokadan (Fransa) üstün olub. Geri dön |