Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


Bu həftə Bakı-Təbriz aviareysi açılacaq

Dekabrın 31-dən etibarən İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı marşrutu ilə birbaşa sərnişin aviareysini açacaq.
Aeroportdan bildirilib ki, sözügedən marşrut üzrə uçuşlar hər həftənin II və VI günlər yerinə yetiriləcək ki, Bakıdan Təbrizə uçuş saat 18:45-də həyata keçiriləcək: «Bakı-Təbriz marşrutuna bir aviabiletin qiyməti 89 manat, hər iki istiqamətdə isə 175 manat təşkil edir».
Qeyd edək ki, hazırda Azərbaycanla İran arasında yalnız Bakı-Tehran aviareysi üzrə uçuşlar yerinə yetirilir.


İsveçrə İranin 180 fiziki və hüquqi şəxsinə sanksiya qoydu

Dekabrın 23-də İsveçrə hökuməti rəsmi bəyanat yayaraq İranın 180 fiziki və hüquqi şəxsinə sanksiya qoyduğunu bildirib. İsveçrə hökuməti sanksiyaların Avropa Birliyinin sanksiyaları və digər beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bəyan edib. Bəyanatda bildirilir ki, dekabrın 23-dən qüvvəyə minəcək sanksiyalara görə, İranın 180 fiziki və hüquqi şəxsinin İsveçrədəki əmlakı və bank hesabları dondurulacaq. Sanksiyaya məruz qalanların adları hələlik açıqlanmır.
İsveçrə hakimiyyəti noyabrın 18-də İrana qarşı iqtisadi məhdudiyyətləri gücləndirərək İranın 111 şirkətinə və 5 İran vətəndaşına sanksiya qoymuşdu. Sanksiyaya məruz qoyulanların siyahısına İranın Atom Enerjisi Təşkilatının bir neçə nümayəndəsinin adları da daxil edilmiş və onların İsveçrədəki vəsaitlərinin dondurulması nəzərdə tutulmuşdu.


İranda daşqalaq edilməklə ölüm cəzasına məhkum edilən azərbaycanlı qadının hökmü edam cəzası ilə əvəz oluna bilər

İranda ərinə xəyanətdə və onun qətlə yetirilməsində ittiham olunaraq daşqalaqla ölümə məhkum edilmiş Səkinə Məhəmmədi Aştiani barəsində çıxarılmış hökmün necə icra olunması məsələsi gündəmə gəlib. Şərqi Azərbaycan vilayətinin prokuroru Malik Əjdər Şərifi jurnalistlərə açıqlamasında bildirib ki, hökmün icrası beynəlxalq təzyiqlər nəticəsində dayandırılıb: “Biz o vaxt İran Ali Məhkəməsinin sabiq sədri Haşimi Şahrudiyə müraciət etdik. Ancaq heç bir tutarlı cavab ala bilmədik. İndi İranın Ali Məhkəməsinin yeni sədri, ayətullah Sadiq Amoli Laricani bu qadının daşqalaq cəzasının edamla əvəzlənməsinin mümkün olduğunu, bununla bağlı ölkədəki İslam alimləri ilə məsləhətləşmələr aparıldığını deyib. Əgər İslam şəriətində daşqalaq cəzasının edamla əvəzlənməsinə qəti əmin olsaq, hökm dərhal icra ediləcək. Hələlik Səkinə Məhəmmədi Aştiani həbsxanada cəzasını çəkməkdədir”.
Qeyd edək ki, 43 yaşlı, iki uşaq anası Səkinə Məhəmmədi Aştiani Təbrizdəndir. 5 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2006-cı ildə həbs olunub. Təbriz Məhkəməsi əvvəlcə onu 99 zərbə şallaq cəzasına məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştianiyə yeni iş açılıb. O, həyat yoldaşının qətlində iştirakda və onun sağlığında da xəyanət etməkdə günahlandırılıb, daşqalaq yoluyla ölümə məhkum olunub.
Azərbaycanlı qadın əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirərək, irəli sürülən bütün ittihamları rədd edib.


Suriyada iki Türkmənçaylı soydaşımız şübhəli şəkildə ölüb

Bəhmən Bəglu və Hüseyn Əsgəri adlı iki Türkmənçaylı soydaşımız 2011-cil ilinin dekabr ayında Suriyada müəmmalı şəkildə öldüyü bildirilib. Həmin şəxslər Sipah Pasdaran qüvvələri tərəfindən işçi kimi Suriyaya göndərilib.
Ölən Azərbaycanlıların ailələrindən verilən məlumata görə, iki soydaş ölümlərindən qısa müddət öncə evləri ilə qısa telefon danışığından sonra qəfil dünyalarını dəyişiblər. Sipah Pasdaran qüvvələri bu iki soydaşı Suriyada işlə təmin etmişdi. Ölmələri haqda hər hansı bir bilgi verilməyib. Ölənlərin dəfn mərasimi əmniyyət qüvvələrinin müşahidəsi altında həyata keçirilib. Əmniyyət qüvvələri ölənlərin ailəsinə təzyiq və təhdid edərək onlardan istəyib ki, onların ölümü haqda hər hansı bir araşdırma aparmasınlar. Sipah qüvvələri hər ailədən bir şəxs işçi almaq qarşılığında ölənlərin cəsədlərini verməyə hazır olduqlarını bildirmişdilər. Açıqlanmalıdır, əskidən bu şəhərdə yaşayan soydaşlardan biri öncədən işci olaraq Suriyaya getmiş və onun dediklərinə görə Suriyada yer alan iş mərkəzi çox ağır əmniyyəti vəziyyətdə görünürmüş. İrandan bu bölgəyə göndərilən işçilər telefonla zəng etmək və iş mərkəzindən çıxmaq haqqına sahib deyillər. Bu soydaş Bəhmən Bəglu və Hüseyn Əsgərinin ölüm səbəbinin düşərgədən çıxıb zəng etmələri ehtimal olunur. O danışıqlarında bəyan edib, Sipah tərəfindən Suriyaya göndərilən işçilər ümumiyətlə Hizbullahın düşərgələrinə göndərilirlər və orada Hizbullah organının müdürlüyünün nəzarətində çalışırlar. Bu güneyli soydaşımız təhlükəsizliyinin təminatı üçün adının açıqlanmasına və düşərgənin harad yerləşməsi ilə bağlı məlumat verməyə razı olmayıb. Əlavə etmək lazımdır, 100-dən çox Türkmənçaylı vətəndaşlar bu düşərgədə işçi olaraq çalışmaqdadırlar və Türkmənçay şəhərində yayılmış ki, Suriyay iş üçün gedənlər də öldürüləcəklər. Yüksək əmniyyəti duruma görə, bu düşərgədə əvvəl işləyənlər orada qabaqlar olduqlarını da gizli saxlayırlar. Öldürülən 2 nəfərin aqibətini yaşamaqdan qorxurlar.


Haşimi Rəfsəncaninin qızı məhkəmə qarşısına çıxarılıb

Sabiq İran prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı rejim əleyhinə təbliğat aparması ittihamları ilə məhkəməyə çıxarılıb.
Faizə Haşimi 2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz məqsədi ilə keşirilən bir neçə aksiyada (yürüş) iştirak etdiyinə görə həbs olunmuş, daha sonra isə azadlığa buraxılıb.
Faizə Haşiminin vəkili Qulaməli Riyahinin dediyinə görə, məhkəmə Faizə xanımı rejim əleyhinə qarşı təbliğat aparmaqda təqsirləndirib. Faizə və vəkili məhkəmədə özlərini müdafiə edib. “3 gün ərzində biz əlavə müdafiə mətnini məhkəməyə təqdim edəcəyik, ondan sonra isə onların qərarını gözləyəcəyik”- vəkil bildirib. Qeyd edək ki, Faizənin atası ruhani lider və İranın iki dəfə prezidenti olmuş Rəfsəncani 2009-cu ildə keçirilən seçkilərdə Əhmadinejada rəqib olan Musəvini dəstəkləmişdi.

Geri dön