Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hitlerin müavini Borman Stalinin agenti idi? -Məxfi sənədlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Hitlerin müavini Borman Stalinin agenti idi? -Məxfi sənədlər

Hitlerin müavini Borman Stalinin agenti idi? -Məxfi sənədlər


Bormanın qəbri niyə Moskvada idi?
(Əvvəli bu linklərdə: http://analitik.az/index.php?lang=az§ionid=news&id=3924, http://analitik.az/index.php?sectionid=news&id=4057)


14 il əvvəl Nyu-Yorkdan olan jurnalist, Pültzer mükafatı laureatı Lyuis Kilzer "Hitleri satanlar" adlı kitabını oxucuların ixtiyarına verdi. Bu kitabında o, belə bir sual verirdi: Almaniyanın 1943-cü ildə Kurska hücüm barədə "İstehkam" planını yazda sovet kəsfiyyatına ötürən məshur agent Verter kimdir? ABŞ müdafiə Nazirliyinin arxivində nasist xüsusi xidmət orqanlarının məxfi sənədlərini araşdıraraq, Kilzer qalmaqallı ehtimal irəli sürdü.





Onun fikrincə, agent Verter, nə qədər inanılmaz olsa da, Hitlerin partiyadakı müavini, fürerdən sonra ikinci şəxs olan oberqruppenfürer Martin Borman idi! Məhz Verter Moskvaya "Barbarossa" planının detallarını açıb, deyə Kilzer yazır - və məhz o, SSRİ üzərinə hücumun dəqiq tarixini açıqlayıb - 22 iyun 1941-ci il. Verter əlaqəyə çox nadir hallarda çixirdi, lakin həmişə də sensasiyalı məlumatlar verirdi: onun sayəsində mühüm sənədlər Hitler görməmişdən əvvəl, Stalinin masasının üstündə olurdu. Ünsiyyət isə İsveçrə vasitəsilə aparılıb. Buna görə sovetlər kuryerlərə iri məbləgdə pul verirdi.“Yeri gəlmişkən, Kilzerin sözlərinə görə, "Borman pulsuz da fəaliyyət göstərə bilərdi, çünki sadiq kommunist idi". Kitab bir qədər fantastik görünür, lakin tarixçilər arasında ciddi mübahisə artıq 50 ildir ki, davam edir:Doğrudanmı Adolf Hitleri satan agentin adı Martin Borman idi?


"Atam ruslara casusluq edirdi?!"


Bu şayiələrin başlanğıcını abverin (Almaniyanın 1919-1944-cü illərdə əks-kəsfiyyat və hərbi kəsfiyyat orqanı) general-mayoru, sonralar isə Almaniya kəsfiyyat rəhbəri Reynhard Qelen qoydu, deyə Georq Mittel izah edir. 1963-ci ildə Qelen şok açıqlama ilə çixis edib ki, Borman böyük peşəkarlıqla gizlədilmiş sovet agenti idi. Sonradan öz qələminin məhsulu olan memuarlarında da bunu təsdiqləyib. "Berlin yaxınlığında kafedə gizli görüşərək, abverin başçisı, admiral Kanaris ilə problemləri müzakirə etdirdik, Qelen yazırdı. Sovet kəsfiyyatının işi sadəcə qibtə ediləcək dərəcədə möhtəsəm idi, onlar Almaniyanın ali dairələrindəki söhbətlərdən dərhal xəbər tuturdular. Görəsən rusların məlumatçısı kim idi? 1943-cü ilin noyabrında biz dəqiq öyrəndik ki, radioteleqramlar Moskvaya birbaşa Bormanın kabinetindən gedir: Yəni o, Hitlerin burnunun altında rus stansiyası quraşdırıb!




Amma Bormanın casusluğunu izləmək üçün istənilən cəhd həm mənim, həm də Kanaris üçün işgəncə altında ölüm demək idi. Bununla belə 3 aydan sonra admiral işdən azad olunub və həbs edilib, 1944-ci ilin iyulunda Almaniyanın təsliminə bir ay qalmış öldürülüb. Ola bilsin ki, Borman Kanarisin ondan şübhələndiyini hiss edib." Hitlerin müavininin Moskva tərəfinə keçdiyini izah edən Qelen göstərib: "Burada qəribə heç nə yoxdur. Rus kəsfiyyatı dünyada ən yaxşi kəsfiyyat idi və onun Bormanı agent kimi Hitlerin yanına atması tamamilə inandırıcıdır."


Bormanın qəbri niyə Moskvada idi?


Ötən illərdə Almaniya mətbuatında Bormanın böyük oğlu, Xerdekk şəhərində yaşayan Martin –kiçik Bormanın (artıq dünyasını dəyişib) açıqlaması yayılmışdı. "Bəli, mən Qelenin fikirlərini eşitmişəm və dəhşətə gəlmişəm, deyə Martin-kiçik Borman etiraf edib. “O vaxt mən öz əmimin yanına qaçaraq, bu haqda soruşmuşam: Doğrudanmı, bu düzdür? Atam ruslara casusluq edib, amma mən və anam heç nə bilməmişik? Lakin əmimin öz nöqteyi-nəzəri var idi. O, bildirib ki, Qelen və bir çox başqa generallar amerikalılara qul kimi xidmət ediblər. Onlara mənəvi bəraət qazanmaq lazım idi ki, digərləri daha pisdirlər, ona görə də onlar Bormanın SSRİ-yə casusluq haqqında versiyasını fikirləsib ortaya atıblar. Bu boş söhbətdir. Atam Adolf Hitlerə allaha sitayiş edən kimi inanırdı, Berlinin alınmasına 3 həftə qalmış, o, mənə dedi: "Almaniya qalib gələcək, hətta can verən şir də pəncəsi ilə ölümcül zərbə vura bilər."
Bununla belə, Martin - kiçik Borman müsahibəsində razılaşib ki, od olmayan yerdən tüstü çıxmır: "Mən istisna etmirəm ki, kimsə atamın ətrafından ruslarla əlaqə yaratmağa çalisib. Yəqin ki, elə miflər də buradan qaynaqlanır."



Və doğrudan da, böyük bir mif. Bu nəzəriyyənin tərəfdaşları 20 il əvvəl yenidən oda yağ tökən kimi səs-küylə gündəmə gəlmişdilər. Buna səbəbsə, Moskvanın (Lefortovo yaxınlığında) Vvedenski qəbiristanlığında üzərində qotik şrifti ilə "Martin Borman, 1900-1973" yazılmış qəbrin tapılması olub. Və hətta qəbrin şəklini çəkmək də mümkün olub. Qəbir sonra müəmmalı şəkildə yoxa çıxdı və mətbuat bu haqda bir sıra məqalələrlə silkələndi ki, bəs Borman Moskvaya qaçırılıb, Stalinin bağ evində yaşayıb. Onun qalıqlarını dəfndən sonra guya məzardan çıxarıb, Berlində gizlincə basdırıblar. Guya bu məzar təsadüfən, bir qazıntı işləri aparılarkən üzə çıxıb. Bu versiyanın təsdiqini tapmaq isə mümkün olmayıb .


Onu Hitlerin aparatına Almaniya kommunistləri yerləsirdirib


Qelendən başqa daha bir nəfər də - Sovet İttifaqı marşalı Andrey Yeryomenko, Verterin əsl adını demişdi - tarix elmləri doktoru, Emil fon Mayerbax deyir: “O da belə hesab edirdi ki, bu Martin Bormandır. Bununla belə, o da bunun heç bir sübutunu tapmayıb. Belə bir nöqteyi-nəzər nasist arxivlərini tədqiq edən amerikalı tarixçilərdə daha çox tanınır - onlar vaxtaşırı belə maraqlı versiyalarla çıxıs edirlər. 1969-cu ildə imzalanmış bu tarixi sənəd mətbuatda açıqlanıb: Şərqi Berlindəki xüsusi xidmət orqanlarından olan bir zabit əmin idi ki, sovet kəsfiyyatı hələ 30 il əvvəl Bormanı əldə edib: Onu Hitlerin aparatına Almaniya Kommunist Partiyasının lideri Ernest Telman yerləsirdirib. Əlbəttə, bu fakta inanmaq çox çətindir. Lakin fakt faktlığında qalır: Agent Verter Hitlerin ən yaxın əhatəsində çalısıb. Odur ki, onun fürerin yaxın dostu, ya Üçüncü reyx nazirlərindən biri olması şübhə doğurmur. Amma əgər Borman həqiqətən də SSRİ ilə əməkdaşlıq etmişdisə, düşünmək olar ki, bu təkcə öz gələcəyini xilas etmək üçün atılan addım deyildi. Burada nə isə daha ciddi səbəb də olmalı idi."





Borman - çox soyuq, qəddar və ədəbsiz adam idi. O, hələ 1944-cü ilin avqust ayında reyxin qələbəsinə inanmayaraq, partiyanın kapitalının xaricə keçirilməsi imkanlarını müzakirə edib. Belə nəticəyə gəlmək olar ki, onu yalnız özünün sağ qalması maraqlandırıb.



Tarix və ictimaiyyət Verter agenti ilə bağlı həqiqətləri İkinci dünya müharibəsinin gizli arxivləri tam açılacağı tədqirdə biləcək, bu isə, təəssüf ki, tezliklə olmayacaq. Məsələn, Rudolf Hessin Britaniyaya uçmağı haqda məxfi sənədlərin yalnız 2045-ci ildə açıqlanacağı bildirilir. Əlbəttə, Verterin kim olduğu maraqlıdır:Hitlerin dostu və ya şəxsi katibimi? Ancaq ən əsası odur ki, 71 il əvvəl bu adam Sovet İttifaqına Üçüncü reyxin darmadağın edilməsində mühüm rol oynayaraq, Kursk döyüşündən qalib çıxmaga kömək edib. Və bununla da dünyanın faşist təhlükəsindən qurtulmasına səbəb olub. Qalan hər şey isə artıq vacib deyil...


Suqra MURADZADƏ/Analitik.az

Geri dön