Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirində rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirində rəqibləri müəyyənləşib |
Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamız sabah Yaponiyanın paytaxtı Tokioda start götürəcək “Böyük Dəbilqə”yə 14 idmançı ilə deyil, 10 cüdoçu ilə qatılacaq.
Belə ki, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov son anda Leyla Əliyeva (48 kq), Vüqar Şirinli (66 kq), Ramin Qurbanov (90 kq) və Elxan Məmmədovu (100 kq) səfərə aparmağa qərar verib. Həmçinin, Tokioda Məhəmmədəli Mehdiyev yeni - 90 kq çəki dərəcəsində tatamiyə çıxacaq. O, buna kimi 81 kq çəkidə mübarizə aparırdı. Artıq yarışın püşkatma mərasimi də keçirilib. Püşkü cüdoçularımız üçün müsbət qiymətləndirmək olar. Çünki komandamızın liderlərin münasib rəqiblərlə üz-üzə gələcək. Millimizin üzvlərindən yalnız 60 kq çəki dərəcəsində döyüşəcək Orxan Səfərovla İlqar Müşkiyev eyni “setka”da yer alıblar. Onlar uğurla irəliləyəcəkləri halda 1/4 finalda qarşılaşacaqlar. Püşkün nəticələri belədir: 5 dekabr Kişilər 60 kq Orxan Səfərov – Erik Takabatake (Braziliya)/Abdulaziz Albaşi (Səudiyyə Ərəbistanı) İlqar Müşkiyev – Şenq-Tinq Huanq (Çin Taypeyi)/Janeyro Çan Ling (Madaqaskar) Qadınlar 57 kq Kifayət Qasımova – Miryam Roper (Almaniya) 6 dekabr Kişilər 73 kq Rüstəm Orucov – Fenq Mao Li (Çin Taypeyi) Hüseyn Rəhimli – Şohey Ono (Yaponiya) 81 kq Abdulhaqq Rəsullu – Daniel Qonzales (İspaniya) 7 dekabr 90 kq Məhəmmədəli Mehdiyev – Mixael Jank (Sloveniya) Firudin Dadaşov – Kamoliddin Xolmamatov (Qazaxıstan) 100 kq Elmar Qasımov – Aaron Volf (Yaponiya)/Kil Reyes (Kanada) +100 kq Uşanqi Kokauri – Radek Hesl (Çexiya) Qeyd edək ki, yarışda 65 ölkədən 424 (253 kişi, 171 qadın) cüdoçu qatılacaq. Geri dön |