Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin ETİRAZI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin ETİRAZI

Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin ETİRAZI


Son zamanlar elə elə bil Qərbin nüfuzlu təşkilatları bir-biri ilə yarışa giriblər. Sanki Cənubi Qafqazda bir problem var o da Azərbaycanda müxtəlif cinayətlərdə ittiham olunan bəzi QHT rəhbərləri. Noyabrın 26-da Avropa parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults adlı Parlamentin prezidenti xüsusi canfəşənlıqla az qala qlobal faciə səviyyəsində Azərbaycanda ictimai fəaliyyətinə görə guya həbs olunmuş QHT nümayəndələri haqqında fərziyyələrini söyləmişdir. Olsun başa düşürük bizimlə deyilsinizsə demək düşmənimizsiz və hansı ittihamı istəsək sizə yağdıra bilərik prinsipi əllərində rəhbər tutulur. Rusiyaya qarşı sanksiyalarda iştirak etməyən Türkiyə və Azərbaycana qarşı açıq aşkar qərəzli təzyiq metodlarını işə salan Qərb özü çoxdan danışdığı ədalət prinsiplərini unudub. Bizlər də Qərbi çox məsələdə ittiham edə bilərik. Azərbaycanın işğal altında olan ərazilərinə münasibətdə tutuduqları ikili standart mövqeləri, Ermənistana qarşı qayğıkeş ata münasibətləri, Yaxın Şərqi qan çanağına döndərərək terrorçuların vasitəsilə xalqların sərvətlərinin daşınaraq ucuz xammal kimi satın alınması, Afrika xalqalrının arasına ədvətdən tutmuş xəstəliklərə qədər nə istəsən etdikləri əməlləri və umumən desək dunyaya ağalıq edərək dünya digər xalqaları istismar etmək siyasəti. Bunlar özlərini nə hesab edir maraqlı sual çıxır ortaya? Papa gəlib Türkiyədə sərhəd davası edir, bunlar ədalət davası. Maraqlıdır Papanın vəzifəsi siayasətdir yoxsa Xristian dininin katolik qolunun mənafeyinə xidmət? Mənim dinlə işim yox aydın başa düşülsün. Bütün dinlərə ehtiramım var. Sadəcə Papa o Avropada kişini- kişi ilə qadını- qadın ilə evləndirənlərə öz iradını bildirsə və o işlə məşğul olsa daha yaxşı olar. Əsl insanlıq faciəsi odur hansısa sərhədin bağlı olması yox. Cənab Martin Şults gözünüzün qabağında Bosniyada müsəlmanları qıranda hara baxırdız? Fələstini gündə bombalayaırlar onda nə əcəb özününzü həlak etmirsiz məgər ordakı ölən uşaqlardan bzim bir iki QHt adı ilə qrant uğrunda hər şeyin satan agentləriniz daha qiymətlidir? Suriyada həlak olan insanlar bəlkə gözünüzdə insan deyil? İki Kəlbəcərli artıq bir neşə aydır girovdur onları görməyə gözünüz zəifdir yəqin hə? Bütün bunlarla yanaşı öz Avropanızda da insan haqlarının vəziyyəti heç ürək açan deyil məncə gedib öz işinizlə məşqul olsanız daha məqsədəuyğun olar. Narahat olmayın agentləriniz də çox yaxşıdırlar Azərbaycanda hələ heç kimi tarix boyu tonqalda yandırmayıblar o qədər humanistik ki, tezliklə əhv edib buraxacayıq.

Anar Xəlilov
Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri

Geri dön