Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ceyms Appaturay: Azərbaycan-NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Ceyms Appaturay: Azərbaycan-NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib |
NATO baş katibinin müavini və Cənubi Qafqaz-Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay alyansın mənzil-qərargahında azərbaycanlı jurnalistlər və QHT nümayəndələri ilə görüşüb.
APA-nın Brüsselə ezam olunmuş müxbirinin xəbərinə görə, xüsusi nümayəndə Azərbaycan-NATO əlaqələri haqda geniş məlumat verib. Azərbaycanın NATO üçün önəmli tərəfdaş olduğunu söyləyən C. Appaturay Əfqanıstanda həyata keçirilmiş sülhyaratma əməliyyatlarına verdiyi töhfələrə görə Azərbaycana minnətdarlığını bildirib. O, enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanda uğurlu layihələrin həyata keçirilməsi davam edir. Biz Azərbaycan xalqı üçün yaxşı işlər görməkdən məmnunluq duyuruq. Azərbaycanın prezidenti, xarici işlər və müdafiə nazirlərinin NATO baş qərargahına səfərləri bu əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Müdafiə strateji tərəfdaşlığı anlamaq üçün əhəmiyyətli sahədir. Bu sahədə əməkdaşlığı davam etdirəcəyik. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çox yaxşı platformadır. Enerji təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Kiber təhlükəsizliklə bağlı məxsusi layihələrimiz var”. C. Appaturay Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Xəzər İbrahimlə tez-tez görüşlər keçirdiyini söyləyib, münasibətlərin ümumilikdə müsbət şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyəti NATO-nun digər rəsmiləri ilə də görüşüb. Tərəflər Azərbaycan-NATO münasibətlərini geniş müzakirə edib. Görüşlər çərçivəsində NATO təmsilçiləri həm də Ukrayna böhranı, NATO-Rusiya gələcək əməkdaşlığı haqqında məlumat veriblər. Ümumilikdə bildirilib ki, Azərbaycan NATO üçün vacib, strateji tərəfdaş olaraq qalır, NATO bu münasibətləri daha da genişləndirmək niyyətindədir. Geri dön |