Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Həstət: - Bu ipi qırıq üz qarası!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, DAVAMın yazıları > Azər Həstət: - Bu ipi qırıq üz qarası!

Azər Həstət: - Bu ipi qırıq üz qarası!


Bir zamanlar mən də “Azadlıq” qəzetinin yazarları sırasındaydım. 1998-ci ilin 4 yanvarından ta 2005-ci ilin dekabrınadək bu qəzetdə işləmişəm. Qəzetin ağrı-acılı günlərində yanında olmuşam. Əlimdə olan imkanları həm də bu qəzetin qorunması üçün sərf etmişəm. Çünki “Azadlıq” mənim üçün o zamanlarda həqiqi azad söz tribunası idi. Ən azından mən belə düşünürdüm.

Qəzetdə işlədiyim günlərdə orada çox dəyərli insanlarla həmkar olmaq da mənim üçün bir qazanc sayıla bilər. Düzdür, o adamların böyük çoxluğu elə mənim kimi orada deyillər. Amma yenə də olsun ki, onları qazanmağımın vasitəçisi bəlkə də “Azadlıq” qəzetidir.

Bu qısa girişdən sonra əsas məqsədə keçmək istərdim.

Keçmişdə bir sırada addımladığım insanlar haqqında tənqidlərdən qaçmağı sevən birisiyəm. Ümumi məsələlər xaric, onların şəxsi məsələlərinə heç vaxt toxunmaram. Hətta şahidi olduğum naqislikləri varsa belə, heç vaxt dilə gətirmədim, gətirmərəm də. Yəni mənə görə, qurşaqdan aşağı zərbə yolverilməzdir, nakişilikdir.

Amma və lakin təəssüflər olsun ki, “Azadlıq”da qoyub gəldiklərim bunu anlamırlar hələ də. Bu adamların bəziləri (şübhə etmirəm ki, ordakı insanların bir qismi hələ də abırlarına qısılıb sakit oturanlardır) ən tərbiyəsiz şəkildə öz adlarını bizə qoymaq üçün sanki fürsət güdürlər. Marığa yatmış köpək kimi dəxli oldu-olmadı sənə çamur atırlar. Çamur yapışmasa da heç olmasa izi qalar deyibən…

Noyabrın 29-da və dekabrın 2-də bu qəzetdə Rauf Arifoğluna həsr edilmiş 2 ayrı yazı yayımlanmışdı. Qəzeti oxumadığım üçün təbii ki, vaxtında xəbərim olmamışdı. Sadəcə adətimdir, hər gün internetdə axtarış aparıram ki, hardasa adım keçibsə, xəbərim olsun. Elə bu yazılardan da o yolla xəbər tutdum. Tutdum və “Akif” adı altında gizlənmiş… zata özünün yazdığının beş qatını yazmaq keçdi ürəyimdən. Amma bir qədər səbrimi basıb düşündüm və bu gün məsələyə qayıtmağı uyğun gördüm.

Qəzetdə 29 noyabr günü yer almış “Rauf Arifoğlu təkcə susmayıb, həm də müxalifəti söymək vədi verib” adlı yazıda dəxli olmadan mənim də adım keçir: “Çox təəssüf ki, hakimiyyət bu “iyrənc ssenari”ni satılmışların hesabına həyata keçirir. Yəni, bu gün real müxalifət düşərgəsinə bütün çamurları “Yeni Müsavat”ın vasitəsilə atırlar. Artıq hakimiyyətin Etibar Hüseynovlara, Hafiz Hacıyevlərə, Azər Həsrətlərə o qədər də ehtiyacı qalmayıb. Bu adamlar 3-cü dərəcəli olublar”.

2 dekabr günü dərc edilmiş “Rauf Arifoğlunun “şabaş”ını verin” başlıqlı yazıda təkrar olaraq bənzər ifadələr yer alır: “Etiraf edək ki, bu məsələdə Rauf Arifoğlunun bəxti gətirmədi. Bundan öncə düşərgəsini dəyişənlərdən bu qədər “fədakar”lıq tələb olunmurdu. Yəni, satılmışların heç biri Rauf Arifoğlu qədər “rəqs” etməyib. Hafizlərin, etibarların, azər həsrətlərin “keçidi” belə məşəqqətli deyildi. Raufun “zakaz”ı daha amansızdı. O bütün havalara rəqs etməlidir. Əks halda, “şabaş”dan məhrum olacaq”.

Anlaşılan odur ki, bu yazıların hər ikisində məni də satılmış elan edirlər. Kimə satıldığım da aydınmış bunlar üçün: hakimiyyətə! Və bu elanı bəyan edən zatın özü öz satılmışlığını unudur deyəsən! “Akif” adı altında gizlənsə də yazı üslubundan kimliyi gün kimi aydın görünən, keçmişdə bütövlükdə müxalifət düşərgəsini və davasını satması qarşılığında bu hakimiyyətdən deputat mandatı almış bu ipi qırıq üz qarası məni satqın elan edir! Üstəlik, Hafiz Hacıyevlə, Etibar Hüseynovla bir sırada olduğumu da kəşf edir bu bədbəxt!

Elədirsə, elə olsun, “Akif” adı altında sığınacaq tapan yazıq! O zaman mən də Hafiz Hacıyevin bir zamanlar sənə dediklərini təkrarlayıram! Madam ki, sən bizi eyni sırada görürsən, o zaman niyə də Hafiz Haciyevin sənin olmayan şəxsiyyətin haqqında dediklərini mən də uyğun saymayım? Demək ki, Hafiz Hacıyev səndən daha dürüst birisidir ki, dediklərini sənin kimi saxta imza altında tirajlamır, şəxsən üzünə deyə bilir! Məncə, bu qarşılaşdırmada Hafiz Haciyev səndən daha ləyaqətli, daha kişi adam təsiri bağışlayır! Elə Etibar Hüseynov da! Hərçənd anlamıram ki, Etibar Hüseynovu niyə bu sıraya aid edirsən? Axı bu şəxs ömrü boyu hakimiyyətin yanında olub, onun sözünü deyib. Yəni bir zamanlar mənim kimi sənin yanında olmayıb ki, sənin iyrənc siyasətin üzündən yanından ayrılmış olsun!

Bu başına “Akif” ləçəyi bağlamış bədbəxtə birisi anlatsın ki, artıq zaman dəyişib, Azərbaycan hərc-mərclik dönəmini çoxdan arxada qoyub. Mətbuat da artıq partiya ruporu olmaqdan çoxdan imtina edib. İndi balansı gözləmək, tənqid etdiyin tərəfə də söz haqqı tanımaq zamanıdır. Siz ki, bunu anlamırsınız, təbii ki, yanınızda kimsə qalmayacaq! Daha doğrusu, ədalət hissini heç nəyə güzəştə getməyəcək kimsə!

Hə, qaldı ki, mənim “satılmışlığıma”, Prezident İlham Əliyev başda olmaqla hazırkı hakimiyyəti dəstəklədiyimi açıq bəyan edirəm. Daha sən “Akif” kimi özümü “əsas müxalifət lideri” elan edib bağlı qapılar arxasında bu hakimiyyətlə sövdələşmələrə getmirəm. İndi gördünmü “satılmış” adlanmağa kim daha uyğundur? Üstəlik, mən sənin kimi beş yerə də işləmirəm. Mövqeyim bəllidir: öz dövlətimin yanındayam! Sənsə, Sem dayıların süfrələrinin qırıntılarıyla qarnını doyurub öz dövlətinə qarşı səngərdə mövqe tutursan!

Qınamıram səni. Çünki bir zamanlar mitinqlərdə, tribunalarda öndə olardın, bar-bar bağırardın. İnsanlar da sənə güvənər, arxanca gedərdi. Amma iç üzün, əsl mahiyyətin açılınca bütün bunları itirdin. İtirdiyin üçün də sağa-sola vurnuxur, kimə gəldi hücum edirsən ki, hirsini soyudasan.

Neynək, Allah səni də belə bədbəxt yaradıb. Tanrı hidayət etsin sənə, yazıq bəndə…

Geri dön