Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir

Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir


Populyar ədviyyat olan zəfəranın tərkib hissəsi beyin hüceyrələrini, dalğın skleroz da daxil olmaqla, iltihabi xəstəliklərdən müdafiə edir. Bu barədə "The Times of India" "The Journal of Immunology" jurnalındakı məqalədə yazılıb.

Məlumdur ki, iltihabi proses orqanizmin hüceyrələrə zərər vuran patogenlərdən xilas olmaq cəhdidir. Öz növbəsində, dalğın skleroz özünün müdafiə təbəqəsindən - mielindən məhrum olan neyronların iltihabı ilə xarakterizə olunur.

Xəstəliyin simptomları, görmə qabiliyyətinin pozulması, əzələ spazmaları, hissiyatın itirilməsi, nitqdə problemlər, başgicəllənmə, depressiya da daxil olmaqla, özünü kəskin şəkildə büruzə verir. Kanadanın Albert Universitetindən Kris Pauer tədqiat apararaq zəfəranın tərkibində krosin adlanan maddənin olduğunu müəyyən edib.

Həmin maddə beyin hüceyrələrinə qoruyucu təsir göstərir. Belə ki, krosin mielin hazırlayan hüceyrələrin zədələnməsinə imkan vermir. Pauer belə qənaətə gəlib ki, deməli, zəfərandan beynin xroniki iltihabı ilə mübarizədə qeyri-ənənəvi təbabət vasitəsi kimi istifadə etmək mümkündür.

Geri dön