Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > BP-Azerbaijan gələn il gözlənilən ixtisarlara münasibət bildirib
BP-Azerbaijan gələn il gözlənilən ixtisarlara münasibət bildirib |
Lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxılır
“BP-Azerbaijan” şirkəti gələn il ixtisarların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Şirkətdən “APA-Economics”in sorğusuna cavab olaraq bildiriblər ki, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli və çox əhəmiyyətli layihələrdir: “BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək”. Məlumatda bildirilir ki, indiki mühitdə şirkət rəqabətqabiliyyətliliyi daha da artırmaq, o cümlədən lazımsız təşkilati mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxır. “Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımızın daha sadə və səmərəli olması lazımdır və bu da bizim daha rəqabərqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla biz həm də daha quclü və daha rəqabətqabiliyyətli olaq”, - deyə məlumatda vurğulanır. Qeyd edək ki, Böyük Britaniyanın “Guardian” qəzetinə müsahibəsində BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildirib ki, gələn il şirkət məcburi ixtisarlara 1 mlrd. dollar xərcləyəcək. İxtisarların aparılacağı ölkələr arasında Azərbaycanda göstərilib. Məcburi ixtisarlara əsas səbəb kimi neftin kəskin ucuzlaşması göstərilir. Geri dön |