Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ermənilərə qırmızı işıq Belarus və Qazaxıstan bu ölkənin üzvlüyündən narazıdır
Ermənilərə qırmızı işıq Belarus və Qazaxıstan bu ölkənin üzvlüyündən narazıdır |
Rusiya Federasiyasının Dövlət Dumasında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bağlı müqavilə təsdiqlənsə də Belarus və Qazaxıstan bir sıra məsələdə sənədlə razılaşmayıb və bu, fikir ayrılıqlarına səbəb olub.
Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan hökumətinin iclasından sonra jurnalistlər qarşısında həqiqətən də bir çox problemlərlə üzləşdiklərini etiraf edib. O təsəlli naminə deyib ki, Avrasiya İqtisadi İttifaqı müqaviləsi ilə bağlı fikir ayrılıqları yoluna qoyulacaq: "Belarusun və Qazaxıstanın narazılığı başadüşüləndir. İstənilən iqtisadi münasibətlərdə problemlər mümkündür, llakin bu problemlər sonra həll etmək mümkündür. Biz birinci və sonuncu deyilik, amma Belarus və Qazaxıstan müqaviləni imzalayacaq." K.Çşmarityan jurnalistlərin sualları qarşısında aciz vəziyyətdən biclik işlədərək çıxıb: "Oxşar problemlər digər təşkilatlarda da var. Əminik ki, tərəflər razılığa gələcək və fikir ayrılıqları aradan qaldırılacaq." Jurnalistin "necə aradan qaldırılacaq" sualı isə cavabsız qalıb. Göründüyü kimi, vəziyyət ermənilər üçün heç də xoş deyil. Çünki ermənilər düşünürdülər ki, Rusiyanın yedəyində və diqtəsi ilə digər ölkələrə daim boğazortağı olacaqlar. Amma Belarus və Qazaxıstan onlara təşkilat daxilində "qırmızı işıq" yandırır. Təbii ki, bu ölkələrin narazılığının böyük əsası var. Belarus və Qaxaxıstan siyasiləri, ictimaiyyət çox yaxşı bilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı daxilində onlar üçün yük olacaq. Görəsən, Ermənistan nə vaxta kimi yedəklərdə gəzəcək, onun-bunun qucağında boğazını gəzdirəcək?! Geri dön |