Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər > İqtidar-müxalifət dialoqu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasından A Ç I Q L A M A
İqtidar-müxalifət dialoqu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasından A Ç I Q L A M A |
13.12.2014-cü iltarixində, ölkənin müxalifət partiyaları ilə, hakimiyyət arasında danışıqlara start verildi. Bu dialoqun mahiyyəti sırf modernləşmə siyasətiylə bağlıdır ki, dünyada təcrübədən keçmiş və özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasının bir hissəsidir. Azərbaycanın inkişafı, təkcə sosial-iqtisadi sahəni əhatə etmir, eyni zamanda söz və məlumat azadlığının təmini, vətəndaş cəmiyyəti institutlarının islahatlarda birbaşa iştirakının təmin edilməsi və s. kimi məsələlərlə yanaşı, siyasi partiyaların opponentlik fəaliyyəti də olmadan qeyri-mümkündür.
Bütün modernləşmə siyasəti yürüdən dövlətlərdə, ölkənin qarşısında duran taleyüklü məslələrin müzakirəsi zamanı hakimiyyət müxalifət partiyaları ilə bir araya gəlir. Bu təcrübə Azərbaycanın siyasi tarixində də bir neçə dəfə təkrarlanıb. Məsələn, Heydər Əliyevin ikinci prezidentliyi dönəmində şəxsi təşəbbüsü ilə, Milli Məclisdə bütün siyasi partiyaların iştirakıyla Qarabağ Müzakirələri baş tutdu. Bir neçə gün davam edən həmin müzakirələrə dönəmin hakimiyyətə qarşı ən barışmaz mövqe nümayiş etdirən partiyaları da qatılmış və təkilifi olan təşkilatlar öz təkliflərini səsləndirmişdilər. Bu gün isə artıq itidar-müxalifət dialoqlarına start verilib ki, bu da imkan yaradacaq ki, müxalifət partiyalarının təklifləri davamlı olaraq hakim partiya ilə müzakirə edilsin. Hətda, birinci görüşdə hakim partiyanın və Prezidentin nümayəndəsi Əli Həsənov bəyan etdi ki, verilmiş bütün təkliflər Prezidentə təqdim olunacaq. İtidar-müxalifət dialoqu bir dünya təcrübəsidir və ölkənin inkişafında müstəsna rolu olan modernləşmə siyasətinin tərkib hissəsidir. Amma, çox maraqlıdır ki, hakimiyyətin təşəbbüsü ilə keçirilən müzakirələrə qatılan müxalifət partiyalarından bəziləri, indi, müxalifətin xeyli vaxtdan bəridir təklif etdiyi və bu gün reallaşan dialoqa qatilmır, eyni zamanda da başlanmış müzakirələrlə bağlı qarayaxmalara cəhd edirlər. Necə ki, seçkilərdə hamının təyin olunduğunu bəyan edib, özlərinin dəfələrlə neçə seçildiklərini cavabsiz qoyurlar, eləcə də bu məslədə. Əgər, nəzərə alsaq ki, bu dialoqların mahiyyəti aşkar olaraq siyası inkişafa stimul verir, deməli bundan imtina yalnız inkişafdan imtina, yəni inkişafa maraqlı olmamaq deməkdir. Əgər partiyalar təqdim etdikləri platformalarla fərqlənirlərsə və bu platformaların hazırlanmasında məqsəd ölkənin inkişafı və dövlətin qüdrətlənməsidirsə, o zaman nəyə görə bütün təkliflər müzkirə olunmamalıdır?! Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bəyan etmişik ki, seçkilərdə hakimiyyətə gələ bilməyəcəyimiz halda, növbəti seçkiyə qədər ideya və təkliflərimizin də bizim kimi müxalifətdə qalmasının əleyhinəyik və kimin həyata keçirməsindən asılı olmayaraq, sərfəli hesab etdiyimiz üçün bütün təkliflərimizi hakimiyyətə təqdim edəcəyik. MDHP təsis olunandan bu prinsiplə fəaliyyət göstərmişdir. Çünki, bizim partiyanın hədəfi millətin və dövlətin inkişafidır. Bunun üçün hakimiyyət bizə görə bir vasitədir ki, malik olduğumuz düşüncəni iş başına gətirmək üçün hakimiyyətə gələk və ideyallarımızı həyata keçirək. Lakin, müxalifətdə qaldığımız zaman da dovlətin inkişafı naminə sərfəli hesab etdiyimiz təklifləri hakimiyyətə təqdim edir və onların icra olunmasına çalışırıq. Amma, əgər bir partiya lideri təqdim etdiyi platformanın həyata keçirilməsində maraqlı olmasa, artıq bu onun xislətindən xəbər verir ki, adam təqdim etdiyi layihə ilə inkişafa nail olmaq yox, sadacə hakimiyyətə gəlmək istəyir və hakimiyyətə gəlməkdən başqa gözləntiləri var. Kim tərəfindən deyilməsi və həyata keçirilməsindən asılı olmayaraq milli maraqlara uyğun ideya və davranışları hakimiyyətə sahib çıxmaq naminə qərəzli olaraq rədd etmək isə hakimiyyətə yox, dövlətə müxalifətçilikdir. Bugünkü qarayaxmaçılar məhz dövlətə müxalifətdə olanlardır. Biz isə barışa soykənən sabitlik, milli maraqlar ətrafında milli birlik tərəfdarı olaraq bu gorüşdə sədrimiz vasitəsilə konkret təkliflərlə çıxış etdik: “Dialoqda əvvəl predmet və ya predmetlər müəyyənləşməlidir. Azərbaycan üçün problem olan əsas məsələlərin təsnifatı müəyyən olunmalıdır. Məsələn: -Dağlıq Qarabağ məsələsi; -Seçki məsələsi. Buraya bir neçə məsələni aid etmək olar. 1.İndiki ərəfədə bələdiyyə seçkiləri ilə bağlı müzakirələr; 2.Bələdiyyələrin statusu ilə bağlı məsələlər; 3.parlament seçkiləri ilə bağlı məsələlər. Məsəln Proparsional və mojaritor seçki sistemi haqda səslənən təkliflərin müzakirəsi və.s; -İnsan hüquq və azdlıqları ilə bağlı ortaq yanaşmanın olmaması.və.s. Son vaxtlar fəaliyyətini bərpa etmiş İnsan hüquqları üzrə işçi qrupu da öz fəaliyyəti ilə bu sahədə koordinator rolunu oynaya bilər. Bu məsələlər daim müzakirə olunduğundan hər məsələyə dair daimi işçi qrupunun yaradılması vacibdir. -İşçi qrupuna partiyalar öz nümayəndələrini verə bilər. -Bu işçi qruplar partiya rəhbərlərinin müəyyən olunmuş vaxtlarda toplantılarina müzakirə olunacaq məsələləri, qəbul olunacaq qərar layihələrini təqdim edə bilərlər. Çox qəribədir ki, hakimiyyətin yuxarı eşalonunda olan məmurlar daha loyal, tolerant, barışa söykənən davranışlar nümayiş etdirirlər, amma aşağı eşalon nümayəndələrinin əksəriyyəti fərqli mövqe nümayiş etdirir. Bu isə müxalifət-iqtidar münasibətlərində yersiz gərginlik və etimadsızlıq yaradır. Ona gorə hesab edirik ki: -Partiyaların rayon təşkilatları ilə yerli icra hakimiyyəti orqanları arasındakı münasibətləri də tənzimləyəcək bir daimi işçi qrupuna ehtiyac vardır.” O ki, qaldı ölkənin nə iqtidarını nə də müxalifətini qəbul edə bilməyib, gah “seçkiləri mən qazanmışam iqtidar mənəm” deyib, gah da “ölkədə tək müxalifət mənəm” deyən və yalnız adları ilə sığındıqları “varislik” hesabına mövcud olmağı bacaran “partiya”-ların itidar-müxalifət görüşüylə bağlı başladıqlarıqarayaxma kompaniyasına, artıq geniş ictiami müzakirəyə səbəb olmuş bu dialoqda verilmiş təkliflərin və aparılmış müzakirələrin miqyası dialoqun nə qədər əhəmiyyətli olduğunu və vacibliyini təsdiqləmiş olur. MDHP Mətbuat Xidməti 15.12.2014 Geri dön |