Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şamaxının 140 yaşlı -Məclis məkfəbi- bugünkü -Şamaxı Avropa liseyi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Şamaxının 140 yaşlı -Məclis məkfəbi- bugünkü -Şamaxı Avropa liseyi.

Şamaxının 140 yaşlı -Məclis məkfəbi- bugünkü -Şamaxı Avropa liseyi.


13 dekabr 2014-cü ildə Şamaxıdakı ŞAMAXI AVROPA LİSEYİndə (əvvəllər C.Cəbrayılbəyli adına 5 nömrəli orta məktəb kimi tanınırdı-N.N.) bu ünlü təhsil ocağının 140 illik yubileyi keçirilmişdir.
Yubiley tədbirlərinə Bakıdakı Avropa Azərbaycan Məktəbinin rəhbərliyi və keçirilən tədbirin təşəbbüskarları da dəvət olunmuşdudur.
Şamaxının 140 yaşlı  -Məclis məkfəbi- bugünkü -Şamaxı Avropa liseyi.

Aydınlıq üçün deyək ki, Avropa Azərbaycan Məktəbinin Şamaxıdakı Avropa Liseyi ilə pedaqoji əlaqələri keçən ilin may ayindan başlanmışdır: Bakı məktəbliləri görkəmli Azərbaycan şairi M.Ə.Sabirin ad günü ərəfəsində Şamaxıya getmişdilər. Yolumuzu əvvəlcə Şamaxı Avropa Liseyindən saldıq. Bu,səbəbsiz deyidi.Sabir mollaxanadan sonrakı təhsilini burada almış,iki ildən sonra ailə problemləri ilə əlaqədar olaraq, məktəb təhsilini yarımçıq qoymuşdur: S.Ə.Şirvaninin istəkli şagirdi ticarət işlərində atasına kömək etməli olmuşdur.
Aydınlıq üçün onu da deyək ki, XI sinfin ƏDƏBİYYAT dərsliyində ( Bakı,2014-cü il,səh.29) Ələkbər Tahirzadənin bu məktədə 1874-1883-cü illərdə oxuduğu göstərilir. Bu, səhvdir. S.M.Qənizadənin xatirələrindən məlum olur ki, Sabir onunla bir sinifdə cəmi iki il oxuyub. Təəccüblü həm də burasındadır ki, 21 yaşlı gəncin ibtidai məktəbdə oxuması ağlabatan deyil.


Nə isə... Şamaxıdakı keçən ilki tədbir zamanı 1874-cü ildə görkəmli maarifçi Səid Əfəndi Ünsizadənin yaratdığı, Cəlaləddin Ünsizadənin və Seyid Əzim Şirvaninin dərs dediyi, Ələkbər Tahirzadənin (Mirzə Ələkbər Sabir-N.N.) oxuduğu "Məclis Məktəbi" ilə -bugünkü Şamaxı Avropa Liseyil ilə pedaqoji əməkdaçlığımız və səmimi dostluq ünsiyyətimiz başlandı.Şamaxı Rayon Təhsil Şöbəsi və Bakıdakı Avropa Azərbaycan Məktəbinin təşəbbüsü ilə respublikamızda qardaşlaşan məktəblərin biri də artdı;
İl yarım ərzində iki məktəb arasında müəllim və şagirdlərinin maraqlı ünsiyyəti formalaşmışdır.Əlbəttə , bu iki məktəbi qardaşlaşdıran M.Ə.Sabir oldu.

Məclis məktəbinin 140 illik yubileyi çox maraqlı keçdi. Tədbirdə Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, professor Məcid Əfəndiyev, təhsilə bağlı bir çox ziyalılar çıxış etdilər.Yubiley tədbiri orijinal ssenari ilə keçirildi. Hamı 140 yaşlı məktəbin tarixinə alüdəliklə baxdı və qulaq asdı. Kadrlar yüksək sənətkarlıqla ifa olunan musiqi parçaları iləmüşayiət olunurdu. İfaçıların çoxu məktəbin bir sıra elm və sənət yarışlarında iştirak emiş laureatları idi. Mənə elə gəlir ki,təhsillə, məktəblilərin estetik tərbiyəsi ilə məşğul olan mütəxəssislər Şamaxı Avropa Liseyinin bədii qiraət və ifaçılıq mədəniyyətini dərindən öyrənməlidirlər.
Şamaxı Avropa Liseyinin Məktəbin bir qrup müəlliminə Şamaxı Rayon İcraiyyə Komitəsinin Fəxri Fərmanları verildi.
Tədbirdə Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru Graeme Pollockun çıxışı alqışlarla qarşılandı.O, tədbir iştirakçılarına, Şamaxı Rayon Təhsil Şöbəsinin və Şamaxı Avropa liseyinin pedaqoji kollektivinə Avropa Azərbaycan Məktəbinin təsisçisi, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun təbriklərini çatdırdı.

Mister Graeme Pollock Avropa Azərbaycan Məktəbini əməkdaşlarının hədiyyələrini -Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun rəsmlərini, İmran Rəhimovun "Ümumi kimya" dərs vəsaitini, Azərbaycan Respublikasının əməkdar müəllimi Nazim Nəsrəddinovun " Şamaxının öz dünyası,söz dünyası" adı ilə çapa hazırladıgı " kitabını Şamaxı Avropa Liseyinin direktoru Məzahir Məmmədova təqdim etdi.

Tədbirdən sonra, tədbirin səbəbkarlarından biri öz maraqlı müəllimlik və elmi-pedaqoji fəaliyyəti ilə təhsil tariximizdə şərəfli yer tutan S.Ə.Şirvanini qəbrini ziyarət etdik.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Bakıdakı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili üzrə eksperti.


Yazıdakı foto-şəkillərin müəllifi
Avropa Azərbaycan Məktəbinin kimya müəllimi İmran Rəhimovdur.



P.S.Təhsil tariximizlə ilgili növbəti silsilə yazılarımdan birini - " Təhsil tariximizdə " Məclis məktəbi"nin rolu " adlı yazımı yaxın günlərdə oxucuların mütaliəsinə çatdıracağam.

Geri dön